Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

Sumqayıt qatarı qəza törədib, ölən var

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Onlardan söz qoparmaq qeyri mümkündür

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

AZƏRBAYCAN D8 TƏŞKİLATINA ÜZV SEÇİLDİ

AZƏRBAYCAN D8 TƏŞKİLATINA ÜZV SEÇİLDİ

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın dünyaya  inteqrasiya olunması çox yüksək sürətlə  davam edir. Təbii ki,  bu sürətli inkişaf heç də  bizim düşmənlərimizin ürəyincə deyil. Ən azından  ona görə ki, ermənilər və onların havadarları güclü Azərbaycanı görmək istəmirlər. Güclü Azərbaycansa  birmənalı olaraq yüksəlişə  doğru gedir. Belə ki bu günlərdə Misirin  paytaxtı Qahirədə keçirilən "D-8" təşkilatının konfransında Azərbaycan  bu quruma üzv seçilib. Heç şübhəsiz, bu bir tarixi hadisədir və ölkəmizin  beynəlxalq aləmdə təmsil olunmasında önəmli rol oynayır. Çünki bu təşkilata üzv olan ölkələrin bir milyarddan  çox əhalisi var.

Azərbaycan həmişə dünyanın diqqətini özünə cəlb edən ölkələrdən biri olub. Başqa cürə demiş olsaq, dünyanın gözü elə çox vaxt bu ölkəyə dikilib. Ən azından ona görə ki, Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri var və bu sərvətlərə görə də, hətta dünyanı idarə edən böyük güclər belə Azrəbaycana həmişə maraq göstərib. Heç şübhəsiz, bu maraq da ötəri olmayıb. Tarixin müxtəlif dövrlərində yadellilər Azərbaycana hücum edərək onun ərazisini zəbt etmək, varını-dövlətini əlindən almaq istəyiblər. Əlbəttə, elə bir siyasi durumda ölkəni qorumaq, müdafiə etmək və onun haqqını dünyaya çatdırmaq elə də asan iş olmayıb. Heç kim deyə bilməz ki, Azərbaycan bugünkü siyasi-iqtisadi və sosial inkişafa birdən-birə nail olub. 

Onu da qeyd edək ki, ölkəmiz müstəqillik dövrünə qədəm qoyduqdan sonra öz inkişafının və tərəqqisinin yolunu çətinliklə də olsa tapmağı bacarıb. Çünki ölkəmizin böyük bir ərazisi nə az, nə çox düz otuz il erməni işğalı altında olub və iyirmi faiz torpağımız onların nəzarətinə keçib. Bir tərəfdən müstəqillik əldə edən Azərbaycan, digər tərəfdən də işğal altında olan torpaqlarını azad etmək haqqında düşünüb. Bütün bunlara isə nail olmaq elə də asan məsələ deyildi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Azərbaycanda mövcud problemlər, xüsusən də Qarabağ məsələsi, iqtisadi çətinliklər gündəmə gətirilib və həmin çətinliklərdən çıxış yolu tapmaq üçün prezident Heydər Əliyev çox böyük yükün altına çiyin verib. Eyni zamanda böyük dövlətlər, xüsusən də ermənilərə havadarlıq edən Rusiya, Fransa və eləcə də digər avropa dövlətləri çalışıblar ki, Qarabağ problemini dondursunlar, ölkənin çətinlikliləri öz həllini tapmasın. Bunların hamısını Heydər Əliyev çox yaxşı bilirdi. Ona görə də, böyük siyasətçi Azəbaycanın haqq səsini dünyaya çatdırdı. O, dəfələrlə BMT-nin iclaslarında, konfranslarında və digər mötəbər görüşlərdə bu fikirləri xüsusi ilə qabartmış, dünya siyasətçilərinin diqqətinə çatdırmışdır. O bildirmişdir ki, BMT-nin Ermənistanın işğalı ilə bağlı dörd qətnaməsi uzun illər keçsə də icra edilməyib. 
Təbii ki, bütün məsələləri paralel həll etmək və Azərbaycanı quyunun dibindən çıxarmaq çox müşgül bir məsələ idi. Üstəlik də, Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan iqtisadiyyatı bərbad vəziyyətə düşmüşdü, dövlətin büdcəsində qəpik-quruş qalmışdı və bu qəpik-quruşla heç bir iş görmək mümkün deyildi. Yəni, həmin pul ilə nə ölkə iqtisadiyyatını yenidən qurmaq mümkün idi, nə də hərbi sahədə irəliləyəşə nail olmaq üçün çıxış yeri yox idi. Ona görə də, Ulu Öndər çox ağıllı, çox müdrik bir yol tapdı və "Əsrin Müqaviləsini" gerçəkləşdirməyi bacardı. Bu müqavilə ilə Azərbaycanda mövcud olan neft yataqları İngiltərənin məşhur "BP" şirkəti ilə birgə işlənməli, yeni texnologiyalar hesabına yataqlar tapılmalı və neft quyuları qazılmalı idi. Bunun üçün isə milyardlarla vəsait lazım idi. Həm neftin istehsalından, həm də qazın və digər faydalı məhsulların əldə edilməsindən Azərbaycan böyük gəlirlər əldə edə bilərdi. Bu müqavilədən bir neçə il keçəndən sonra artıq Azərbaycanın dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil oldu. Eyni zamanda digər ölkələrin və şirkətlərin Azərbaycana marağı bir daha artdı. Onlar gördülər ki, Azərbaycanda sabitlik yaranır, investisiya qoyduqları neft-qaz və digər faydalı qazıntılar sahəsində maya dəyərlərini çıxarmaqla yanaşı, gəlir əldə ediblər. İstər-istəməz digər şirkətlər də bu işdə iştirak etməyə başladılar.

Ölkəmizə İngiltərə, İtaliya, Fransa, Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və digər Avropa ölkələrinin şirkətləri tərəddüd etmədən sərmayə qoymağa başladılar. Özü də bu sərmayə onu deməyə əsas verirdi ki, Azərbaycana yatırılan hər manatın əvəzinə xarici şirkətlər çoxlu vəsait əldə edəcəklər. Əlbəttə, bütün Beynəlxalq iqtisadi əlaqələrin yenidən qurulması Azərbaycanı dünya iqtisadiyyatına inteqrasiya edilməsində önəmli rol oynadı. Yəni, Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə iqtisadi, siyasi və sosial sahədə çox böyük uğurlara imza atdı. Hər bir dövlət və hər bir şirkət o işə maraq göstərir ki, onlar xarici ölkədə qoyduqları investisiyanı nəzərdə tutulduğu zaman kəsiyində geri qaytara bilsinlər və üstəlik də qazanc əldə etsinlər. Heç bir xarici dövlət Azərbaycanın qara qaşına və qara gözünə aşiq deyildi. Onlar Azərbaycanda mövcud olan saysız-hesabsız neft və qaz yataqlarını, eləcə də digər faydalı qazıntılara aşiq idilər. Onu da qeyd edək ki, xarici şirkətlərin Azərbaycanda uğur əldə etməsi, başqa sözlə demiş olsaq, böyük qazanc qazanması digər şirkətləri və dövlətləri də ölkəmizə gəlməyə ruhlandırdı, çünki ölkəmizdə fəaliyyət göstərən şirkətlərin işi və metodu, qazancları göz qabağında idi. Onların qazancını görən xarici ölkələrin neçə-neçə şirkətləri özləri Azərbaycanda iqtisadi əlaqə qurmağa və sərmayə qoymağa maraqlı idi. Bu maraqlar müəyyən zaman kəsiyindən sonra özünü doğruldur, yeni bir mərhələ alır və eyni zamanda həmin ölkələrə böyük qazanc gətirirdi. 

Bir fikri də xüsusi vurğulayaq ki, təkcə Azərbaycana maraq onun neftinə, qazına deyil, digər sektorlara da marağı artırırdı. Yəni, qeyri-neft sektorunda investisiya qoymaq itəyən ölkələr vardı. Bura qardaş Türkiyə, İran, Rusiya və bir çox Avropa dövlətləri daxildir. Xüsusən də ölkəmizdə turizmin inkişafına, bununla yanaşı, ağır və yüngül sənayenin tərəqqisinə böyük dövlətlər maraq göstərirdilər. Sumqayıtda və Bakıda bir çox xarici şirkətlərin iştirakı ilə fabrik, zavod və çoxlu sayda müəssisələr işə düşdü və həmin müəssisələrdə bu gün dünya bazarına ixrac olunan müxtəlif sənaye məhsulları istehsal olunur. Onunla yanaşı, hərbi-sənaye kompleksinin inkişaf etməsi Azərbaycanda silah istehsalının həyata keçirilməsinə də münbit şərait yaratdı. İndi demək olar ki, Azərbaycan özü xarici ölkələrə istehsal etdiyi silahları göndərir. 
Bu gün Azərbaycanda "Yaşıl enerji" adlandırılan böyük bir ehtiyat mənbəyi var və dünya iqtisadiyyatında bu məsələlər önə çəkilib. 

Bu yaxınlarda Bakıda otuz dövlətdən üç yüzə yaxın şirkətin iştirakı ilə, Beynəlxalq Konfrans keçirildi və həmin konfransda çox böyük layihələrin gerçəkləşdirilməsi ilə bağlı fikirlər səsləndirildi. Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanın və digər müsəlman dövlətlərin bu sahədəki iqtisadi layihələri ölkəmizin maraqlarına uyğundur, yaxın zaman kəsiyində həmin layihələr öz real əksini tapacaq. 

Əlbəttə, dünya  iqtisadiyyatına  intqerasiya olmaq, inkişaf etmiş ölkələrlə  sıx əlaqə yaratmaq, onların marağını ölkəmizə qarşı artırmaq elə də asan məsələ deyil. Çünki  bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən çox sürətlə  inkişaf edir. İndi  artıq demək olar ki, ölkəmizə xarici ölkələrin  şirkətlərinin marağı daha da artıb. Bu məqsədlə onlar  ölkəmizə  yüz milyonlarla vəsait yatırtmaq üçün birlikdə  iş görsünlər və bundan qazanc əldə etsinlər. Hələ Azərbaycan bundan sonra da  yüksək sürətlə  inkişaf edəcək, dünyaya inteqrasiya etməklə yeni bir  qızıl  səhifə yazacaqdır! 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see281

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see230

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see202

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see200

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see200

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see197

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see193

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see190

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see189

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see187

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see175

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see168

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see167

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see160

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see152

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see152

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see151

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see149

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see148

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri