Siyavuş Novruzovun dediklərinə Nurullayevdən CAVAB: “Eşitdiyimə görə, “gözünün içinə qədər yalan danışır”…
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mən Siyavuş Novruzovun düşdüyü bu hala təəssüf edirəm”.
Bu sözləri Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev aralarında yaşanan gərginliklə bağlı həmkarı Siyavuş Novruzovun onun barəsində dediklərinə cavab olaraq Yenicag.az-a açıqlamasında deyib.
O, məsələnin böyüməsinə ehtiyac olmadığını diqqətə çatdırıb:
“Sadəcə təəssüf edirəm. Təəssüf edirəm ki, bu cür ifadələr işlədib. Eşitdiyimə görə, “gözünün içinə qədər yalan danışır” ifadəsini də hardasa işlədib. Deyib də, o məni bu formada aşağılamaqla səhvə yol verir. Sadəcə mən onun düşdüyü bu hala təəssüf etdim. Əslində, gərək bu cür ifadələr işlətməsin ki, özü pis duruma düşməsin. Sonra da o pis vəziyyətdən qurtulmaq üçün yeni bəhanələr axtarıb tapmağa ehtiyac duymasın. Hər bir halda, bir daha təəssüf edirəm. Başqa da heç nə demək istəmirəm. Bu mövzunu böyütməyə ehtiyac görmürəm”.
Nurlan Cəfəri
www.yenicag.az
Baxış sayı:136
Bu xəbər 03 Fevral 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















