Icma.az
close
up
RU
SİZ BİZƏ GƏRƏKSİNİZ, MİSİR MÜƏLLİM!

SİZ BİZƏ GƏRƏKSİNİZ, MİSİR MÜƏLLİM!

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Bu payız günlərində istər mətbuatda, istərsə də sosial şəbəkələrdə Azərbaycanın tanınmış dövlət xadimi, riyaziyyatçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, sabiq təhsil naziri, hazırda   BDU-da kafedra müdiri kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən hörmətli Misir Mərdanov haqqında ürəkdən gələn səmimi sözlərlə dolu yazılara tez-tez rast gəlirik. Müəlliflər də cəmiyyətin müxtəlif sosial təbəqələrinin təmsilçiləridir: elm adamları, vaxtilə onun tələbəsi olmuş ziyalılar və tabeliyində işləmiş olanlarla yanaşı, hətta onunla şəxsən ünsiyyətdə olmayanlar da ünvanına xoş sözlər söyləyirlər.

Bu, bir ziyalının, ömrünü Azərbaycan dövlətinin və dövlətçiliyinin, elmimizin və təhsilimizin inkişafına həsr etmiş və bu sahələrdə böyük xidmətləri olan,  bu gün həyata ömrün müdriklik mərtəbəsindən baxan bir insan üçün ən böyük mükafatdır. Dövlətin verdiyi mükafatların xalq tərəfənindən də təsdiqi və dəstəklənməsidir. Etiraf edək ki, bu, heç də hamıya nəsib olan xoşbəxtlik deyil və vaxtilə yüksək dövlət vəzifələrində çalışanların heç də hamısı vəzifədən getdikdən sonra da eyni nüfuz və hörmət sahibi ola bilmir.

Misir müəllim görkəmli alim, məqamında sözünü deyə bilən ziyalı və dəyərli məsləhətlərinə hər zaman ehtiyac duyulan müdrik bir ağsaqqaldır. Müdriklərdən birinin dediyi kimi, ziyalı o deyil ki, savadlıdır, o adamdır ki, keçmişlə gələcək arasında özünün yerini müəyyənləşdirə bilsin. Esxil isə deyir ki, müdrik çox bilən deyil, biliyi xeyirli olan adamdır. Bu sözlər sanki elə Misir müəllim üçün deyilib: cəmiyyətdə öz yerini müəyyənləşdirə bilib, ziyalı mövqeyi və çəkisi var, keçmişə bələd olduğu kimi, gələcəklə bağlı dəyərli düşüncə sahibidir, biliyi cəmiyyət üçün faydalıdır. 

Hamı kimi, mən də Misir müəllimin fəaliyyətini, xüsusilə də təhsil naziri kimi fəaliyyətini izləmiş və təqdir etmişəm. Müxtəlif tədbirlərdəki cəsarətli çıxışlarını alqışlamışam. Son illərdə isə aramızda isti münasibət yaranıb. Bunun da kökündə hər ikimizin böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaquba olan sevgimiz, ona olan sonsuz məhəbbətimiz dayanır. Əslində, Misir müəllimin Zəlimxan Yaqubla dostluğunun tarixi daha öncəki onilliklərə söykənir. Aralarında çox səmimi münasibət vardı və mən özüm bunun dəfələrlə şahidi olmuşam. Və bu müşahidələrim əsas verir deyim ki, Misir müəllim olduqca sədaqətli dostdur, dostluqda əsl örnəkdir. Mən zamanında Zəlimxan Yaqubun yanında çox dost deyənləri görmüşəm.

Onların bir çoxu şair dünyasını dəyişəndən sonra sanki qeybə çəkildilər. Amma Misir müəllimin Zəlimxan Yaquba, onun ailə üzvlərinə olan münasibətindəki doğmalıq nəinki azalmadı, əksinə, artdı. Yaxşı xatırlayıram, 2024-cü ilin son günləri idi. Qarşıdan gələn 2025-ci ildə Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyi olacaqdı. Bu münasibətlə Misir müəllimlə görüşümüz oldu, məsləhət gördü ki, bu əlamətdar hadisəni layiqincə qeyd etmək üçün şairin ən yaxın dostlarını birləşdirəcək bir vatsap qrupu yaradım, dostlar bu mövzuda daim bir-biri ilə əlaqədə olsunlar və  hər kəs üzərinə düşən işi görsün. Həmin ərəfədə Misir müəllim respublikamızın nüfuzlu mətbuat orqanlarında Zəlimxan Yaqubla bağlı iki qiymətli məqalə də dərc etdirdi. Hər il doğum və ölüm günlərində isə onu Birinci Fəxri Xiyabandakı məzarı başında ziyarət edir.

Misir müəllim, yuxarıda da qeyd etdiyim kimi, görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də şərəfli ömür yolunda öz qiymətini həm dövlət, həm də xalq tərəfindən layiqincə almış müdrik el ağsaqqalıdır. Elə anadan olmasının 80 illik yubileyi ərəfəsində dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin onu “Şərəf” ordeni ilə təltif etməsi də bunun təsdiqidir.

Hörmətli Misir müəllimi 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun və sağlıqlı ömür arzulayır və deyirəm: Siz bizə gərəksiniz, xalqımıza, dövlətimizə gərəksiniz, Misir müəllim! Yaşayın, yaradın!

Musa Nəbioğlu
Azərbaycan Aşıqlar Birliyinin katibi,
Əməkdar mədəniyyət işçisi.

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri