“Siz cavabdeh olacaqsınız” Sançes İsrailə xəbərdarlıq etdi
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
İspaniyanın Baş naziri Pedro Sançes Qəzzada sülh prosesinin başlamasının İsrailin cinayətlərinin cəzasız qalacağı anlamına gəlməyəcəyini deyib.
İspaniyanın "Cadena Ser Radiosu"na danışan Sançes Misirin Şarm əl-Şeyx şəhərində keçirilən sülh sammitinin Qəzzada diplomatik həll üçün fürsət pəncərəsi açdığını təkrarlayıb.
Bununla belə, o, xəbərdarlıq edib ki, bu proses ədalət və məsuliyyət olmadan davam edə bilməz.
"Qəzzada yaşanan faciə sülh pərdəsi altında ört-basdır edilə bilməz. Ədalətin təmin olunması sülhün təminatıdır. İki dövlətli həll yoluna yenidən baxılmalıdır və İordan çayının qərb sahili unudulmamalıdır",-deyə o qeyd edib.
Avropaya da çağırış edən Sançez Qəzzanın yenidən qurulmasının beynəlxalq nəzarət altında aparılmalı olduğunu bildirib.
"AzPolitika.info"

