Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Sizə yaşayıb yaratmaq yaraşır... Fazil Güneyin 80 yaşına

Sizə yaşayıb yaratmaq yaraşır... Fazil Güneyin 80 yaşına

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

Onunla qəribə bir dialoqla başladı danışığımız:

- Çox kədərli olur gözləriniz...

- Nə bilim...

- Məncə, bu, qəribliyin insana bağışladığı hisslərdir...

- Haqlısınız, ağsaqqal.

- ...

Susdu bir anlığa. Mənə elə gəldi ki, bu sözləri deyəndə Fazil müəllimin gözləri yaşardı. Bəlkə də sevindi ki, onu görmürəm. Elə mən də sevindim ki, mənim göz yaşlarımı o görmədi.

Sonra dedi:

- Ancaq çox güclü qadınsınız. Bu ürəklə qəribçiliyə dözə bilirsiniz.

- ...

Dillənə bilmədim, düşündüklərimi, içimdən keçən, ürəyimdə daşa dönən qürbəti ona anlatmadım. Sadəcə özüm-özümlə danışdım: "Bilirəm, nədir qürbət, Fazil müəllim! Doğma insanlara sarılmaq, onların qoxusunu almaq istəyəndə, amma onları yanında tapmayanda başlayır qürbət. Küçələrdə yeriyəndə gülləri-çiçəkləri torpağının güllərinə, çiçəklərinə bənzətməkdir qəribçilik. Durub güllərin gül camalına həsrətlə tamaşa etməkdir, onda doğmalıq axtarmaqdır. Bəzən yad musiqiləri eşidəndə qulağına "muğam" səsi gəlməkdir. Evləri, ağacları özününkünə bənzətməkdir qürbətçilik...

Bəzən ən bahalı ətirlərin qoxusunu içinə çəkəndə qəfildən Vətəninin yovşan iyisini duymaqdır. Reyhanını, yarpızını xatırlamaqdır. Yovşanı, kəklikotunu evinin ən görkəmli yerində, vazada yerləşdirməkdir. Hərdən onlara baxanda, qoxulayanda sinəndə duyduğun ağrıdır qürbətçilik...

Gecələr üzü Vətənə yatmaqdır. Elini-obanı, doğmalarını yuxuda görmək üçün Yaradana yalvarmaqdır qərib olmaq...

Qəribçilik ürəyini Vətəndə qoyub getməkdir, Fazil müəllim..."

Amma bilirdim, Fazil Güney də bir zamanlar bu hissləri yaşayıb. O qəribə insanın həyat yoluna nəzər salanda, yad ölkələrdə olanda yazdıqlarından duydum onun keçirdiyi hissləri. Özümə bir yaxınlıq, doğmalıq tapdım, hiss etdim. Onun yazdığı "Kərkükdə bir oğlan vardı" yazısını oxuyanda ağladım. Bir igidin, bir türkmən oğlunun qəhrəmanlığı, doğmalığı bir zamanlar onu necə ağlatmışdısa, mən də elə ağladım... Elə gözəl bəhs etmişdi hekayəni, sandım ki, onunla mən də o qəhrəmanı görmüşəm, onunla tanış olmuşam, danışmışam... Onu mən də özümə doğma insan sanmışam. Onun, o igid təyyarəçinin ölümü, ədalətsizcəsinə həlak olması Fazil müəllim qədər mənim qəlbimi də incitmişdi, yaralamışdı...

Bilirsiniz, bir insanı tanımaq üçün əsirlər, illər gərək deyil. Qalaq-qalaq kitablarını, dəvə yükü əsərlərini oxumaq lazım deyil. Nədənsə, mən adamı ilk baxışdan tanıyıram. Bir söhbətlə, bir danışıqla necə adam olduğunu az-çox bilirəm. Bir əsərini oxuyanda yazarın, elm adamının necə fikir sahibi aydın olur.

Fazil Güneylə bir torpağın adamıyıq. O da elmə, ədəbiyyata, mədəniyyətimizə neçə-neçə görkəmli şəxsiyyətlər bəxş edən Cəbrayılda dünyaya göz açıb. 1945-ci ildə gözəl avqust günlərində. Ziyalı ailəsində doğulub.

1963-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşunaslıq fakültəsinin "Ərəb dili tərcüməçiləri" bölməsində oxuyub, bir dərs ilini Əlcazair Universitetində təcrübə keçib.

Təhsilini bitirdikdən sonra Suriyada, İraqda, Liviyada hərbi və mülki tərcüməçi olub. O illərin xatirələrini, gördüklərini də unutmayıb. Bütün ürək sözlərini hekayələrinə, yazdığı kitablara töküb. İlk hekayələr kitabı 1965-1967-ci illərdə işıq üzü görüb. O qədər aydın, gözəl dili var ki...

Fəlsəfə doktoru, ölkəmizdə ilk ingiliscə qəzet olan "Azernews" qəzetinin təsisçisi və baş redaktoru Fazil Güneyin "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" elmi monoqrafiyası diqqətimi çox cəlb elədi. Fazil müəllim elmi məqalələri, yazıları üçün heç zaman asan və çox müraciət olunmuş mövzuları seçmir. Məncə, bu, yazıçı barəsində, elm adamı haqqında çox söz deyir. Nədənsə, onun bütün yaradıcılığı, elmi əsərləri mənə yaxın gəldi. Elmi əsərlərində, adi xatirələrində şərq ailəmindən nə qədər maraqlı faktları, tarixi hadisələri öyrənmək olur.

Söhbət zamanı o bir sual verdim:

- Nədən o Kərkükdən olan Məhəmmədəlinin ölümünü eşidəndə ağladınız? Hələ elə yazmısınız ki, o xatirələriniz məni də ağlatdı.

- Onda bir doğmalıq vardı. Danışıqlarından əsl türklük, əsl müsəlmanlıq gördüm. Onunla bütün bunlar barəsində çox söhbət etmişdik. Türkmənlərə göstərilən ögeylik, əziyyətlər onu çox incidirdi. Məhəmmədəliylə danışandan sonra çox fikirləşdim bu barədə. Şərq ölkələrini gəzdikcə, şahid olduqlarım bunun doğru olduğunu sübut edirdi. Çox igid oğlandır. Bilirsiniz, bir gündə Bakıya gəlib-qayıtmışdı. Azərbaycanı görmək üçün, onun insanlarındakı doğmalığı duymaq üçün. O istiliyi almaq üçün. Ürəyi böyük insandır o kərküklü oğlan. Onu bütün türk ölkələri maraqlandırırdı. Mənə elə suallar verirdi ki, Azərbaycan, Türkiyə barəsində. Necə qeyrətli bir oğuldur...

Bizim ortaq dərdimiz olan Qarabağ hadisələrindən də xeyli danışdıq. Hamının içindəki yara eynidir. Neçələriylə söhbətlərim əsnasında bunun şahidi olmuşam. Fazil Güney də içindəkiləri anlatdı: "Qarabağ hadisələri çətin unudular. Torpaq elə şirindir, elə əvəzedilməzdir ki, onun yoxluğu, onun tapdanması içimizdə açdığı yaralar sağalmaz. Xarabaya qalan yurd yerlərimiz bizə göz dağıdır. Dünyaya gəldiyimiz, böyüdüyümüz, valideynlərimizlə, doğmalarımızla yaşadığımız evlərimizi tapmayanda insanın içi qan ağlayar. Bunları bizlər yaşadıq..."

Fazil müəllim ürək ağrısı ilə, göz yaşlarıyla yazdığı, gözəl Qarabağımızın igid oğlu Ramil Səfərovun da yer aldığı üçcildli "Qara qan" romanı dediklərinin sübutudur. Tam 27 ilə yazılan bu böyük əsərdə Qarabağ hadisələri sonuna qədər, yüksək səviyyədə öz əksini tapıb.

Bilirəm, Fazil müəllim, bilirəm, necə ağırdır o dəhşətləri kağıza tökmək, o hadisələri təkrar-təkrar yaşamaq. Əsgərlərimiz, igidlərimiz, qazilərimiz bir dəfə yaşayıb, bir dəfə keçiblər o odun-alovun içindən. Şəhidlərimiz bir dəfə şəhid olublar. Ancaq yazıçılar, Vətən sevdalıları, yüzlərcə dəfə keçirlər o oddan-alovdan. Yüzlərcə dəfə şəhid olurlar. Yaralılara həkimlər, təbiblər kömək edirlər, yaralarını sarıyırlar. Amma bizim yaralarımızı sarıyan olmur, məlhəmi tapılmır. Yaşamışam bu hissləri. Özünüzü nə qədər tutmağa çalışsanız da, yaşaran gözlərinizi görürəm uzaqdan...

Bilirəm, ata ocağınızı yerində tapmayanda nələrlər yaşamısınız. Nələr gəlib keçib ürəyinizdən. Sizin də ömrünüz dayanıb bu neçə ildə. Siz də sadəcə nəfəs almısınız. Bütün Qarabağ əhli kimi bugünkü günü gözləmisiniz. Neyləmək olar, sən demə, talemizə yazılıb bütün baş verənlər.

Son zamanlar heç kimi vaxtında təbrik edə bilmirəm. Niyəsini də bilmirəm...

Bu yaxınlarda 80 yaşınız tamam olub. Hələ indi başlayır biz qarabağlılar üçün yaşamaq, o torpaqlarda ömür sürmək, otuz ilimizin əvəzini çıxmaq. İnanıram, siz də belə düşünürsünüz. Siz də orada doyunca nəfəs almaq, yaşamaq ümidindəsiniz...

Yüzlərlə publisistik yazılar, feleytonlar, pamflet, hekayələr və elmi məqalələr müəllifi, İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyası İB-nin sədrinə yaşamaq, yaratmaq, bizləri sevindirmək yaraşır...

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see308

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see207

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see182

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see150

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see137

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see135

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see126

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see126

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see125

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see124

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see124

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see124

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see123

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see122

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see122

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see122

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see121

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see119

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri