Icma.az
close
up
RU
Sizi daha yaşı göstərən qaşlarla bağlı 6 səhv: Onları düzəltmək asandır

Sizi daha yaşı göstərən qaşlarla bağlı 6 səhv: Onları düzəltmək asandır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur vizajistlər Nina Soriano və Ember Kerns, qadınların qaş baxımında buraxdıqları və vizual olaraq onları yaşlı göstərən ən yayılmış səhvləri açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, "Real Simple” nəşrinin yazdığına görə, qaşlar gözləri çərçivəyə salmaqla yanaşı, üz ifadəsini formalaşdırır və düzgün forma seçimləri görünüşə dərhal cavanlıq effekti qazandıra bilər.

1.Qaşların həddindən artıq alınması

1990-cı illərdə dəb olan bu vərdiş son illərdə yenidən gündəmə gəlib. Lakin pinset və ya mumla tez-tez alınan qaşlar kök hüceyrələrə zərər verə və onların qalıcı şəkildə seyrəkləşməsinə səbəb ola bilər. Nina Soriano, bu problemi yaşayanlara qaş tükü böyüməsini stimullaşdıran serumlar istifadə etməyi tövsiyə edir.

2.Yanlış formada mikrobleytinq

Ember Kerns bildirir ki, qadınlar arasında ən çox rast gəlinən səhv — təbii forma ilə uyğunlaşmayan və çox tez-tez edilən mikrobleytinqdir. Bu, yarı-daimi prosedur olduğuna görə, nəticə illərlə qalır. Kerns məsləhət görür ki, əvvəlcə qaşların təbii quruluşuna uyğun forma seçilsin, daha sonra təcrübəli mütəxəssisə müraciət olunsun.

3.Qaş üçün məhsulların həddindən artıq istifadəsi

Ev şəraitində makiyaj zamanı qaş qələmi və ya kölgə ilə çox tünd, sərt xətlər çəkmək qaşlara süni və "mum effekti” verə bilər. Kerns təbii görünüşü qorumaq üçün məhsulu yumşaq və incə hərəkətlərlə tətbiq etməyi, qaşın təbii teksturasını ön planda saxlamağı tövsiyə edir.

4.Qaşların sıxlığını düzgün qiymətləndirməmək

Qaşları açıq rəngli və ya seyrək olanlar çox vaxt onların təbii forması və qalınlığını düzgün görmür. Soriano bu hallarda peşəkar qaş ustasına müraciət etməyi, həm forma, həm də rəng baxımından balans yaratmağı məsləhət görür.

5.Hər trendlə ayaqlaşmaq istəyi

Dəbdə olan hər yeni qaş forması hər üz tipinə uyğun olmur. Kerns xəbərdarlıq edir: "Əgər bir forma üz cizgilərinizlə uyğun deyilsə, onu təqlid etməyin".

Dəyişiklikləri mərhələli şəkildə, mütəxəssis nəzarətində aparmaq daha təbii nəticə verir.

6.Yanlış rəng seçimi

Qaş boyasının düzgün çaları, tonallıq qədər önəmlidir. Soriano qeyd edir ki, uyğun olmayan alt ton (xüsusən qırmızımtıl çalarlar) üz harmoniya­sını poza bilər. Qara saçlı qadınlar üçün qrafit və ya tünd boz tonlar, açıq saçlılar üçün isə bir-iki ton tünd çalarlar daha uyğundur. Əgər qaşlarda rəng fərqi varsa, bir neçə çalardan istifadə etməklə bərabər və təbii effekt əldə etmək mümkündür.

Düzgün seçilmiş forma və rəng yalnız baxımlı görünüş deyil, həm də üzə cavanlıq və ifadəlilik bəxş edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri