Icma.az
close
up
RU
Psixologiyaya görə sizi daha az cəlbedici göstərən 6 AMİL

Psixologiyaya görə sizi daha az cəlbedici göstərən 6 AMİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Psixoloji tədqiqatlar göstərir ki, sosial cazibəmizə təsir edən bir sıra gizli faktorlar mövcuddur. 


Sherg.az xaricdə aparılan tədqiaqatlara əsasən cazibəni azaldan bəzi amilləri təqdim edir:


1. Yuxusuzluq

İsveç və Niderlandda aparılan araşdırmalar göstərib ki, yuxusuz insanlar daha yorğun, sağlam olmayan və nəticə etibarilə daha az cəlbedici görünürlər. Solğun dəri, gözaltı qara dairələr və sallanmış göz qapaqları yuxusuzluğun əsas əlamətlərindəndir. Gecə 8 saat yatan şəxslər, 31 saat yuxusuz qalanlara nisbətən daha cazibədar hesab olunurlar. Keyfiyyətli yuxu həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də insanda enerjili və sağlam təəssürat yaradır.


2. Mənfi xarakter xüsusiyyətləri

"Psychologs.com" saytının xəbərinə görə, fiziki görünüş nə qədər yaxşı olsa da, pis xarakterə sahib insan cazibədarlığını əhəmiyyətli dərəcədə itirə bilər.

Çində 2014-cü ildə aparılan bir tədqiqatda kobud, paxıl və ya pis niyyətli kimi təsvir olunan insanlar, neytral görünüşə malik olsalar belə, daha az cəlbedici qəbul olunublar. Əvəzində nəzakətli, dürüst və empatiya göstərən şəxslər daha etibarlı və cəlbedici sayılıb.


3. Zəif bədən dili

Bədən dili – sözsüz ünsiyyətin ən güclü vasitələrindən biridir. Stenford Universitetinin tədqiqatlarına görə, qolları açıq, dik duran və özündən əmin görünən şəxslər daha cazibədar hesab olunur. Əksinə, çiyinləri aşağı salmaq, qolları sinədə birləşdirmək və ya qaməti əymək özgüvən əksikliyi və soyuqluq təəssüratı yaradır.


4. Yüksək stres səviyyəsi

Finlandiya, Estoniya və Cənubi Afrikada aparılan bir tədqiqat göstərib ki, yüksək səviyyədə stress hormonu (kortizol) olan qadınlar kişilər tərəfindən daha az cəlbedici görülürlər. Stress insanın üz ifadəsinə, dərisinin vəziyyətinə və ümumi enerjisinə birbaşa təsir göstərir.


5. Zəif yumor hissi

San Dieqodakı Kaliforniya Universitetinin araşdırmalarına əsasən, zəif yumor hissinə malik olan insanlar daha az cazibədar hesab olunur. Birgə gülmək münasibət qurmağı asanlaşdırır, həyatı daha xoş və rahat edir.


6. Yalan danışmaq

Kanadadakı Vestern Ontario Universitetində aparılan tədqiqat göstərib ki, insanlar ən çox dürüst insanlara qarşı cazibə hiss edirlər. Mütəxəssislər bildirirlər ki, kiçik yalanlar belə bir insanın imicinə zərər verir.


Digər cazibədarlıq amilləri

Cazibəni azaldan başqa faktorlar arasında şəxsi gigiyena vərdişləri də yer alır. Araşdırmalara görə, bu amillər hətta genetik səviyyədə partnyor seçiminə təsir edir.


2006-cı ildə Nyu Meksiko Universitetində aparılan bir təhlildə məlum olub ki, immun sistemləri bir-birinə çox bənzəyən cütlüklər həm bir-birlərinə daha az maraq göstərir, həm də xəyanət riski daha yüksək olur. Bundan əlavə, çox fərqli bədən qoxuları da itici olur. Qısası, şəxsi təmizlik və ümumi bədən kimyası birbaşa cazibəyə təsir edir.

Psixoloji olaraq diqqət edilməli başqa bir məqam da maddə istifadəsidir. 2016-cı ildə Belçikada aparılan bir tədqiqatda, çox siqaret çəkən kişilərin uzunmüddətli münasibətlərdə daha az cəlbedici qəbul edildiyi göstərilib.

Ara sıra spirtli içki qəbul edən insanlar isə həm heç içməyənlərdən, həm də daima içki içənlərdən daha cazibədar görünür. Həddən artıq və sağlam olmayan vərdişlər adətən pis qərarlarla və aşağı həyat keyfiyyəti ilə əlaqələndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri