Icma.az
close
up
RU
Sizin kimi Analarla fəxr edirik

Sizin kimi Analarla fəxr edirik

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


8 Mart Beynəlxalq Qadınlar Günü xanımlarımızın ən əziz və əlamətdar Günü, həyatlarının ən xoş Bayramıdır.
Əslində həmin Günü Analar Günü adlandırmaq milli-tarixi və rəmzi baxımdan daha doğru olardı.
Məhz Vətənpərvər, Fədakar və Vətənə sonsuz bağlı olan Analarımızın böyütdüyü layiqli oğullarımızın sayəsində biz torpaqlarımızı Ermənistanın əsarətindən xilas etdik, ərazi bütövlüyümüzü təmin etdik.
İki ildir ki, cəsur Analarımızın qəhrəman oğullarının sayəsində öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda 8 Mart xüsusi qürurverici əlaəmətdar Gün kimi qeyd olunur.
Bu müəqəddəs tarix Analarımızın və Bacılarımızın Ləyaqət və Qürur rəmzi, Şərəf Günüdür.
Hər birimiz Xocalını, Xankəndini azad edən, Başımızı Ucaldan cəsur oğullarımızın Analarına, Bacılarına ömür boyu borcluyuq.
Bu əziz gündə Anaların qarşısında baş əyir, onlara sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can saglığı, şəfalar diləyirəm.
Qadınlarımız bu əziz bayramlarını Zəngilanda, Laçında, Füzulidə, Cəbrayılda, Ağdərədə, Xankəndidə, Şuşada, digər torpaqlarımızda öz doğma ocaqlarında qeyd edirlər.
Dövlətimizin qadınlara münasibəti də hər zaman müstəsna yer tutmuş, Ulu öndər qadınların cəmiyyətdə olan mühüm rolunu yüksək qiymətləndirərək onlara dərin etimad və hörmət göstərmiş, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında irəli çəkmişdir.
Cənab Prezident İlham Əliyev qadınların dövlət idarəçiliyində və ictimai həyatda daha layiqli və geniş təmsil olunmasına xüsusi diqqət yetirməkdədir.
Öz humanizmi və əməlləri ilə Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi- əxlaqi dəyərlərinin təcəssümünə çevrilmiş, Azərbaycan Qadının Siması hesab edilən Mehriban xanım Əliyevanın timsalında Azərbaycan cəmiyyətində qadın hərəkatına və iştirakçılığına, bütövlükdə qadına verilən dərin etibar və hörmət daha da artmaqdadır.
Mehriban xanım torpaqlarımızı azad edən qazilərimizin, Şəhid Analarının, Bacılarının daim hamisi, arxa-dayağıdır.
Xanımları əziz günləri olan bu bayram Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara qarşıdan gələn bahar hərarətil xoş həyat, möhkəm cansağlığı, ailə səadəti və daha yeni uğurlar arzulayıram.
Tanrı Sizi və doğmalarınızı qorusun!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri