Icma.az
close
up
RU
Skandinaviya ölkələrinin nüfuzlu nəşrində azərbaycanlı diplomatın məqaləsi dərc olunub

Skandinaviya ölkələrinin nüfuzlu nəşrində azərbaycanlı diplomatın məqaləsi dərc olunub

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun növbəti məqaləsi Skandinaviya ölkələrinin nüfuzlu nəşrlərindən biri olan "Aftonbladet"də dərc olunub və Ermənistanla Azərbaycan arasında sülh prosesində sıçrayışa həsr olunub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, diplomat onilliklər boyu davam edən münaqişə, müharibə və nəticəsiz danışıqlardan sonra tərəflərin davamlı sülhə doğru həlledici addım atdığını qeyd edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Birgə Bəyannaməni imzalayaraq, sülh yolu ilə nizamlanmanın yeni çərçivəsini təsbit ediblər, bununla da ATƏT-in Minsk qrupunun işinə son qoyublar.

Z.Əhmədov vurğulayıb ki, görüşün əsas yekunlarından biri "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in, eləcə də ölkələr arasında bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılması haqqında Sazişin paraflanmasıdır.

Diplomat genişmiqyaslı "Orta Dəhliz" təşəbbüsünün tərkib hissəsi olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə - Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən təhlükəsiz quru dəhlizinə xüsusi diqqət yetirib.

Səfirin sözlərinə görə, TRIPP və "Orta Dəhliz" təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa, o cümlədən İsveç və Skandinaviya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar daha sürətli və etibarlı ticarət yollarını təmin edəcək, eləcə də qlobal təchizat zəncirləri üçün vacib olan regionda sabitliyi gücləndirəcəklər.

"Şimali Avropa mediasının İsveç və Şimali Avropa auditoriyalarına sülh prosesini olduğu kimi - gərgin diplomatik işin və yeni münasibətlər qurmaq üçün səmimi arzunun nəticəsi kimi dərk etmələrinə kömək etmək üçün unikal imkanları var", - deyə səfir yazır.

Z.Əhmədov vurğulayıb ki, tarixi məqamın əhəmiyyəti əvvəlki münaqişənin tarixini qoruyub saxlamağa çalışanlar tərəfindən kiçildilməməlidir. Bunun əvəzinə media region xalqları üçün yeni imkanlar açan real dəyişikliklərə diqqət yetirməlidir.

Sonda diplomat əmin olduğunu bildirib ki, Cənubi Qafqaz Vaşinqton sıçrayışını keçərək, gərginlik zonasından qitələr arasında körpüyə çevrilə biləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see198

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see190

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see184

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see160

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see159

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see156

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see147

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see142

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see140

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see137

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see128

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see128

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see125

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri