Icma.az
close
up
RU
Şkendiya nın baş məşqçisi: Qarabağ la əvvəlki rəqibimiz FCSB arasında müqayisə aparmaq istəməzdim

Şkendiya nın baş məşqçisi: Qarabağ la əvvəlki rəqibimiz FCSB arasında müqayisə aparmaq istəməzdim

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Avrokuboklarda hər komandanın özünəməxsus keyfiyyətləri var. Komanda olaraq maksimum səviyyədə olmaq vacibdir. Daha sonra həftə ərzində təhlillər apararaq, rəqibin güclü tərəflərini təhlil edərək, onları zərərsizləşdirməyə və yaradılan imkanlardan istifadə etməyə çalışacağıq. Söhbət son dərəcə ciddi komandadan gedir. "Qarabağ" 12 mövsümdə 11 dəfə çempion olub. Onların 17 il ardıcıl komandaya rəhbərlik edən çox ciddi və yaxşı baş məşqçiləri var. Rəqibə hörmətlə yanaşsaq, hər an özümüzə hörmət etməyi unutmayacağıq".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsindəki rəqibi "Şkendiya"nın baş məşqçisi Jeton Beqiri deyib.

O, oyundan əvvəl keçirilən mətbaut konfransında şanslardan istifadə etməli olduqlarını bildirib: "Bizim üçün ən yüksək səviyyədə çıxış etmək çox vacibdir. FCSB ilə ilk matçdan sonra oyundan razı deyildim. Bilirdim ki, irəliləmək üçün daha yaxşı oynamalıyıq. İnanıram ki, şanslarımız çox olacaq. Çox diqqətli olmalı, şansımızdan istifadə etməliyik. "Qarabağ"la əvvəlki rəqibimiz FCSB arasında müqayisə aparmaq istəməzdim. Çünki söhbət müxtəlif tipli komandalardan gedir. İnanıram ki, "Qarabağ"ın gücü onların baş məşqçisi və uzun müddətdir bir yerdə olan, komandanı ciddiləşdirən bəzi oyunçulardır. Biz rəqibə hörmət etməliyik. Əlbəttə ki, onları favorit hesab edirik. Amma hər şeyi sanımaq üçün 90 dəqiqə var".

Qeyd edək ki, "Şendiya" - "Qarabağ" matçı sabah 22:00-da start götürəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Avqust 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri