Icma.az
close
up
RU
“Qarabağ”ı favorit hesab edirik” “Şkendiya”nın baş məşqçisi

“Qarabağ”ı favorit hesab edirik” “Şkendiya”nın baş məşqçisi

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu axşam “Şkendiya” UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək.

“Qafqazinfo”nun məlumatına görə, Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Avrokuboklarda hər komandanın özünəməxsus keyfiyyətləri var. Komanda olaraq maksimum səviyyədə olmaq vacibdir. Daha sonra həftə ərzində təhlillər apararaq, rəqibin güclü tərəflərini təhlil edərək, onları zərərsizləşdirməyə və yaradılan imkanlardan istifadə etməyə çalışacağıq. Söhbət son dərəcə ciddi komandadan gedir. “Qarabağ” 12 mövsümdə 11 dəfə çempion olub. Onların 17 il ardıcıl komandaya rəhbərlik edən çox ciddi və yaxşı baş məşqçiləri var. Rəqibə hörmətlə yanaşsaq, hər an özümüzə hörmət etməyi unutmayacağıq. Bizim üçün ən yüksək səviyyədə çıxış etmək çox vacibdir. FKSB ilə ilk matçdan sonra oyundan razı deyildim. Bilirdim ki, irəliləmək üçün daha yaxşı oynamalıyıq. İnanıram ki, şanslarımız çox olacaq. Çox diqqətli olmalı, şansımızdan istifadə etməliyik.

Düşünürəm ki, 90 dəqiqəlik futbol həm hücum, həm də müdafiə vəziyyətləri gətirir. Biz əlimizdən gələni etməyə çalışan komandayıq. Normalda elə vəziyyətlər olur ki, hücumda çox aqressiv oluruq və ya elə vəziyyətlər olur ki, yaxşı müdafiə olunuruq. Amma buna baxmayaraq, düşünmək və qol vuracağımıza ümid etmək lazımdır. İstər Bakıdakı, istərsə də Skopyedəki matçda bu, ən vacib məsələdir. “Qarabağ”la əvvəlki rəqibimiz FKSB arasında müqayisə aparmaq istəməzdim. Çünki söhbət müxtəlif tipli komandalardan gedir. İnanıram ki, “Qarabağ”ın gücü onların baş məşqçisi və uzun müddətdir bir yerdə olan, komandanı ciddiləşdirən bəzi oyunçulardır. Biz rəqibə hörmət etməliyik. Əlbəttə ki, onları favorit hesab edirik. Amma hər şeyi sanımaq üçün 90 dəqiqə var. “Qarabağ” təcrübəli komandadır.

Orada Şimali Makedoniya və Albaniyada da oynamış futbolçular var. Onlar çox sərmayə qoyan klubdur. Amma inanmıram ki, bu detallar matça təsir etsin. Futbol həmişə bir çox komponentdən ibarətdir. VAR sistemi, vərəqələr, fərdi səhvlər, komanda şəklində səhvlər var. Pis gecə də ola bilər, mükəmməl gecə də. Demək istəyirəm ki, futbolda hər şey gözlənilir. Müsbət nəticə üçün meydanda öz gücümüzü ortaya qoyacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Avqust 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri