Skoulz hazırda hansı oyunçunu dünyanın ən yaxşı yarımmüdafiəçisi saydığını dedi
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu Pol Skoulz hazırda hansı oyunçunu dünyanın ən yaxşı yarımmüdafiəçisi saydığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Good, The Bad & The Football" onun sözlərini belə çatdırıb:
"Məncə, Pedri bir nömrəlidir. Onun Çempionlar Liqasında "Nyukasl"a qarşı oyununu izləyərkən öz-özümə dedim: "Hə, bu oğlan İnyesta və Xavi ilə eyni səviyyədədir. Pedri istənilən futbolçunu keçə bilər. Söhbət yalnız ayaqlardan yox, həm də başdan, düşünmə sürətindən gedir. İnanılmazdır, bu yarımmüdafiəçi bəzən meydanda çox çətin duruma düşür və sadə bir hərəkətlə vəziyyətdən çıxır. Onun möhtəşəm texnikası var. Məni dəhşətə gətirən bir məqamı da vurğulayım: "Nyukasl" 90-cı dəqiqədə hesab arasındakı fərqi minimuma endirəndən sonra (1:2) hakim matça 8 dəqiqə əlavə etdi. Amma top demək olar ki, 7 dəqiqə Pedridə oldu. Bu oğlan oyunu idarə edirdi. Həqiqətən möhtəşəm performansa malikdir".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















