Slovakiya ilk dəfə olaraq Ukraynaya minatəmizləmə avadanlıqları bağışlayacaq
Icma.az bildirir, Operativ MM portalına istinadən.
Slovakiyanın daxili işlər naziri və hökumət koalisiyasına daxil olan “Səs – Sosial Demokratiya” partiyasının lideri Matus Şutaj-Eştok Slovakiyanın Ukraynaya ilk dəfə olaraq minatəmizləmə avadanlıqları göndərəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazir partiyanın ''Youtube'' kanalında yayımlanan videomüraciətində bildirib.
Nazirin sözlərinə görə, bu addım humanitar xarakter daşıyır və hərbi yardım kimi qiymətləndirilə bilməz. O, Slovakiyanın Ukraynaya silah vermək niyyətində olmadığını bir daha vurğulayıb:
“Biz Ukraynaya heç bir silah göndərməyəcəyik”, – deyə Şutaj-Eştok bildirib.
Qeyd edək ki, Slovakiya əvvəllər Ukraynaya bəzi hərbi avadanlıqlar göndərsə də, yeni hökumət bu siyasətə son qoyduğunu açıqlamışdı. Hazırda isə yalnız müdafiə və humanitar məqsədli texnika ilə məhdudlaşır.


