Slovakiya Prezidenti: “İstənilən ölkə iqlim dəyişikliyi problemi qarşısında çox kiçikdir”
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Slovakiya iqlim dəyişikliyi ilə mübarizə məsələlərində birliyə nail olmağa çalışır və “yaşıl keçid”də fəal iştirak edir.
Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində bildirib.
"Biz 1990-cı illə müqayisədə emissiyaları 50 faiz azaltmışıq. Plan və hədəfimiz 2030-cu ilə qədər bu emissiyaları 55 faiz azaltmaqdır", - o vurğulayıb.
Prezident qeyd edib ki, konfrans çərçivəsində çoxsaylı tərəflərlə əməkdaşlıq etmək imkanı var:
"Düşünürəm ki, hamı bu tədbirdə iştirak etməlidir, çünki hər bir ölkə sahəsindən asılı olmayaraq iqlim dəyişikliyi problemi qarşısında çox kiçikdir", - Prezident bildirib.
P.Pelleqrini həmçinin COP29-un təşkilindən məmnunluğunu ifadə edərək, Bakıda çox müsbət atmosfer hiss etdiyini söyləyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















