Sloveniya Respublikasının Prezidenti Zati aliləri xanım Nataşa Pirts Musara
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Hörmətli xanım Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2025-ci il
Bu mövzuda digər xəbərlər:Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
25 İyun 2025 11:06
Polşa Respublikasının Prezidenti Zati aliləri cənab Andjey Dudaya
03 May 2025 11:39
Sinqapur Respublikasının Prezidenti Zati aliləri cənab Tarman Şanmuqaratnama
09 Avqust 2025 11:31
Ruanda Respublikasının Prezidenti Zati aliləri cənab Pol Kaqameyə
01 İyul 2025 11:02
Qambiya Respublikasının Prezidenti Zati aliləri cənab Adama Barrouya
20 Fevral 2025 18:18
Baxış sayı:108
Bu xəbər 25 İyun 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















