Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 noyabr, AZƏRTAC
Sloveniyalı basketbolçu Luka Donçiç NBA tarixində nadir statistik göstəriciyə imza atıb.
AZƏRTAC xəbər verir ki, “Los-Anceles Leykers” klubunun 27 yaşlı oyunçusu müntəzəm çempionatın “Toronto Reptors”la matçında ən azı 45 xal, 15 ribaund, 5 məhsuldar ötürmə, 5 topalma və 5 dəqiq üçlük atışı ilə yadda qalan ilk basketbolçu olub.
Noyabrın 2-də keçirilən qarşılaşmada Donçiç 45 xal, 15 ribaund, 6 məhsuldar ötürmə və 5 topalma ilə fərqlənib. O, ilk hissədə 24 xal, 8 ribaund, 4 məhsuldar ötürmə və 5 topalma qeydə alıb. Basketbolçu həmin müddətdə 7 üçlük atışından 6-sını dəqiq yerinə yetirib.
Görüş “Los-Anceles Leykers”in 131:125 hesablı qələbəsi ilə başa çatıb. Kaliforniya təmsilçisi oyunun gedişində 26 xal fərqi ilə öndə olsa da, sonuncu periodda rəqibin hesab arasındakı fərqi azaltmasına imkan verib.
Qalib komandada Ostin Rivz 19 xal, Uoker Kessler isə 16 xal və 15 ribaundla yadda qalıb. Bu, “Leykers”in cari mövsümdə keçirdiyi 7 oyunda 5-ci qələbəsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Noyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















