Icma.az
close
up
RU
Slutski: Ermənistan Konstitusiyasından Qarabağa aid olan hissəni çıxarmaq lazımdır

Slutski: Ermənistan Konstitusiyasından Qarabağa aid olan hissəni çıxarmaq lazımdır

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Slutski: Ermənistan Konstitusiyasından Qarabağa aid olan hissəni çıxarmaq lazımdır

“Əgər onlar ümid edirlər ki, Ermənistan silahlanacaq və Qarabağı geri alacaq, buna ümid etməsinlər, bu, heç vaxt baş verməyəcək”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, LDPR lideri Leonid Slutski bildirib.

Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətindən, Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından danışan rusiyalı siyasətçi Qarabağın müharibədən sonrakı bərpasında Azərbaycan rəhbərliyinin xidmətlərini qeyd edib, Bakının İkinci Dünya müharibəsi veteranlarına münasibətdə humanitar siyasətini qiymətləndirib: “Rusiya-Azərbaycan münasibətlərini heç nə poza bilməz. Biz tarixi, coğrafi, mədəni baxımdan bir yerdə olmağa məhkumuq. Biz bəşər tarixinin ən qanlı müharibəsindən birlikdə keçdik və 9 Mayda böyük qələbəni birlikdə qeyd edəcəyik. Ümid edirəm ki, həmin gün Moskvada, Qələbə Paradında Azərbaycan Prezidenti qardaşım İlham Əliyev bizimlə olacaq. 80 il çox, çox çətin bir tarixdir. Mənim nəslimin sonuncu veteranları dünyasını dəyişir. Biz onları hələ çox gənc, indi məndən cavan insanlar kimi xatırlayırıq. Əlbəttə ki, burada heç nəyi dəyişmək olmaz. Bizi tərk edirlər, amma sağ olanlar çox uzun müddət yaşasınlar. Bu bizim genefondumuzdur, bu bizim canlı yaddaşımızdır, ölməz yaddaşımızdır və vicdanımızdır. Əlbəttə ki, faşizm üzərində birgə qələbəmiz üçün vuruşmuş, çalışmış, zəhmət çəkmiş, canlarından keçmiş azərbaycanlıları unuda bilmərik. Bu gün ölkələrimizi və xalqlarımızı birləşdirən çoxlu mühüm infrastruktur layihələri var. Biz Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycanın qurucusu Heydər Əliyevi həmişə xatırlamalıyıq və xatırlayacağıq ki, o, bu gün də əhəmiyyətli olan Baykal-Amur magistral xətti və sənaye və yüksək texnologiyalar sahəsində bir çox işlər, proqramlar, layihələr üçün böyük işlər görmüşdür. İlham Əliyev bu gün atasının vəsiyyətini yerinə yetirərək yoxsulluqla mübarizə proqramını həyata keçirib və Azərbaycanı enerji cəhətdən müstəqil dövlətinə çevirib. Azərbaycan bir çox beynəlxalq forumların, platformaların və formatların mərkəzidir. Bu hadisələr qlobal miqyasda əlamətdar hadisələrə çevrilir. Əlbəttə ki, İlham Əliyev dahi atasının əsas vəsiyyətini yerinə yetirdi, Qarabağı Azərbaycancana, vətənə qaytardı. Bu gün isə Qarabağ sürətlə inkişaf edir. Bəzi suallar ola bilər, lakin bu, ölkələrimizi, xalqlarımızı və prezidentlərimizi ayıra bilməz. Bu gün isə Azərbaycan xalqının şanlı övladlarının ata və babalarının, Böyük Vətən müharibəsi qəhrəmanlarının fəxr edə biləcəyi bu yaxınlarda göstərdikləri şücaəti xatırlayaraq deyirik: Qarabağ Azərbaycandır!”.

Slutaki Şuşaya səfəri barədə danışıb, münaqişə bitdikdən sonra regionun sürətlə inkişaf etdiyini vurğulayıb: "Orada yüksək texnologiyalı klasterlər yaradılır, hava limanları tikilir. Yəqin ki, fikir vermisiniz, mən bu yaxınlarda Şuşada idim, Füzuli hava limanına uçdum və işğaldan azad edilmiş ərazilərdə hər ay yeni nəsə tikilir".

Rusiyalı siyasətçi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının perspektivləri, prosesin irəliləməsinə nələrin mane olması və Rusiyanın bu prosesdə rolu barədə də danışıb: "İlk növbədə, Ermənistan Konstitusiyasından Qarabağa aid olan hissəni çıxarmaq lazımdır. Gündəlikdə bəzi digər məsələlər də var. Gec-tez sülh müqaviləsi imzalanacaq. Təbii ki, bu daha tez olsa, yaxşı olar. Buna görə də, bunun yaxın gələcəkdə baş verməsi üçün əlimizdən gələni edəcəyik. Biz bunu uzatmamalıyıq, Cənubi Qafqaz xalqlarının mənafeyi naminə dinc quruculuq yolu ilə irəliləməliyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri