Icma.az
close
up
RU
Şlyapa Zahid ə bankdan qanunsuz olaraq 20 milyon kredit veriblər MƏHKƏMƏ

Şlyapa Zahid ə bankdan qanunsuz olaraq 20 milyon kredit veriblər MƏHKƏMƏ

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən “Ata Bank”ın əməkdaşı olmuş Solmaz Əliyeva təqsirləndirilən şəxsi bankda 2-3 dəfə gördüyünü bildirib:

“Mən 2004-cü ildən “Ata Bank”da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilir. Mən sənədlərin dəqiqliyini yoxlayıram. İmzalayıb kassaya göndərirəm. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırır. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir neçə dəfə də bankda görmüşəm”.

Təqsirləndirilən Zahid Niftəliyev şahidi görmədiyini, bankda cəmi bir dəfə olduğunu və həmin zaman yalnız sənədləri imzaladığını bildirdi. 

Daha sonra məhkəmə şahidin ibtidai istintaqa verdiyi ifadə ifadəni elan edib. 

Şahid ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, Zahid Niftəliyev müxtəlif vaxtlarda şirkətin hesabına 21.279.000, 6,663.288, 39.733.891 dollar vəsait mədaxil edib. Eyni zamanda, 16.847.000 dollar digər şirkətə köçürülüb. Daha sonra 7.350.000 dollar məxaric olunub. Bununla yanaşı, şahid müxtəlif vaxtlarda 625.000 və 683.000 dollar məbləğində kredit ödənişinin həyata keçirildiyini bildirib.

Lakin təqsirləndirilən banka pul ödəmədiyini məhkəməyə bildirib. 

Daha sonra “Ata Bank”ın bank olmayan kredit təşkilatında çalışmış Rüfət Daşdəmirov şahid qismində ifadə verib. 

Şahid müştərilərlə ünsiyyətdə olmadığını, yanlız ona ötürülən müraciətlərə əsasən əməliyyat apardığını bildirib:

“Müştərilər bankın filialına yaxınlaşır. Filial müştəri ilə danışır, ödəmə qabiliyyətini yoxlayır. Oradan əməliyyat bizə ötürülür. Biz əməliyyatı nəzərdən keçiririk. Aidiyyəti üzrə göndəririk. Qərara əsasən, əməliyyat icra olunur. “Şahin Co” şirkəti tərəfindən filiala müraciət daxil olub. Filial müraciətə baxıb bizə göndərib və kredit ayırmışıq. Orada qərarı mən vermirəm. Mən müştəri ilə ünsiyyətdə olmuram. Əməliyyatı icra edirəm. Müraciətə əsasən, şirkətə 20 milyon dollar kredit ayrılıb. Kredit komitəsinin iclasında iştirak etmişəm. Lakin çıxış etməmişəm. Məruzəni bankın filialı edib".
Hakimin “Siz nəyə əsasən kredit ayrıldığını, şirkətin nizamnamə kapitalının 10 manat olduğu halda pulun geri qaytarılmasına kimin təminat verdiyini deyə bilərsinizmi?"  barədə sualına şahid bildirib ki, müraciət hüquqi şəxs tərəfindən olunub:

“Hüquqi şəxslərin nizamnamə kapitalı əksər hallarda 10-15 manat civarında olur. Elə müraciətin də əsas məqsədi şirkətin maliyyə dövriyyəsinin yüksəldilməsi istiqamətində olub. 

Dövlət ittihamçısının "girovsuz bu qədər böyük məbləğdə krediti niyə ayırmısınız?" sualına şahid bu qərarı bankın rəhbərliyinin verdiyini bildirdi. 

Şahidin ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olub. 

İfadə elan olunub:

“Şirkətə kredit ayrılması qanunsuz olub. Kredit müraciətinin edildiyi gün şirkət yaradılıb. Bununla bağlı bankın idarə heyətinn sədri Dəyanət Quliyev göstəriş verdi ki, sənədlər yoxlanılsın, müraciət kredit komitəsində müzakirəyə çıxarılsın. Qalan proseslə işiniz olmasın. Bankın filialı məruzə ilə çıxış etdi. Mən bununla bağlı heç bir sənədə imza atmamışam. Bankın rəhbərliyi razılıq verdi. Bununla da kredit verilməsi barədə qərar qəbul olundu”.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib. 

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Yanvar 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri