Icma.az
close
up
RU
Təsis olunduğu gün “Şlyapa Zahid”in şirkətinə 42 milyon kredit verilib Məhkəmə

Təsis olunduğu gün “Şlyapa Zahid”in şirkətinə 42 milyon kredit verilib Məhkəmə

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Vaxtilə “AtaBank”da çalışmış şahid Şəhla Abdurəhmanova ifadəsində bildirib ki, kredit müqaviləsini müvafiq şöbə təsdiqlədikdən sonra imzalayıb:
“Kredit verildikdən sonra müştəri yaxınlaşır, müqaviləni imzalayır. Müqavilənin məbləği 10 mindən yüksək olarsa, komissiya şöbəsində yoxlama keçirilir. Şöbənin əməkdaşları müqaviləyə əsasən, protokol və çıxarış hazırlayır, müqaviləni şöbə müdiri imzalayır. Protokol və çıxarış bizə çatdıqdan sonra müqaviləni təsdiqləyirik. “Şahin-CO” şirkəti ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki, kreditin məbləği 40 milyona yaxın olub. Dəqiqliyi ilə məbləği xatırlamıram. Xəbər saytlarından oxumuşam, “Şahin-CO” şirkətindən müqaviləni imzalayan kimi Zahid Niftəliyev qeyd olunub. Mən şəxsən müştəri ilə görüşmədiyim üçün onu görməmişəm, tanımıram. “Şahin-CO” şirkəti üçün də protokol və çıxarışı olub. Sonra şirkətin cari hesabına kredit köçürülüb. Səlahiyyətli nümayəndə kimi mən və idarə heyətinin sədri Dəyanət Quliyev həmin müqaviləni imzalayıb. Müşahidə şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib”.
Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Buna görə də, şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Məlum olub ki, “Şahin-CO” şirkəti kredit verilən gün təsis olunub. Şahid bunu idarə heyətinin sədri Dəyanət Quliyevə dediyini bildirib. Ona “Sən qarışma, nə deyilir, onu da et” cavabı verilib. Müqaviləni Zahid Niftəliyev, Dəyanət Quliyev və Ş.Abdurəhmanova imzalayıb.
Şahid ifadəsini təsdiq edib, lakin Zahid Niftəliyevi gördüyünü xatırlamadığını əlavə edib. Proses yanvarın 15-də davam etdiriləcək.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Dekabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri