Icma.az
close
up
RU
“Şlyapa Zahid”in məhkəməsində maraqlı məramlara aydınlıq gətirildi

“Şlyapa Zahid”in məhkəməsində maraqlı məramlara aydınlıq gətirildi

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində "AtaBank"ın Müşahidə Şurasının sədri Əşrəf Kamilov ifadə verib.

O bildirib ki, rəhbərlik etdiyi banka "Şahin CO" şirkətinin adına kredit götürülməsi üçün müraciət olunub. "Həmin şirkət müdafiə sənayesinin inkişafına köməklik məqsədi ilə işlərin görülməsi üçün yaradılıb. Sözügedən şirkət vasitəsi ilə Zahid Niftəliyevin adına kredit götürülüb. Bankda səhimləri olan bir şəxs kimi mənə ziyan dəyib. Əmanətlərin sığortalanması fondu araşdırma aparır. Mənim də təsisçi kimi bankda əmanətim olub. Hesab edirəm ki, sonda mənə də dəymiş ziyan ödəniləcək. Bankda kreditlərin götürülməsindən xəbərim olmayıb. "Şahin CO" şirkətinin banka nə qədər borclu olduğunu bilməmişəm".

Əşrəf Kamilovun sözlərinə görə, Zahid Niftəliyevin adına bankda böyük məbləğdə kredit götürülməsi üçün müraciət olunub: "Amma məbləğ böyük olduğu üçün idarə heyəti və müşahidə şurasında müzakirə edildi. Amma sonda kreditin verilməsinə müsbət rəy verildi. Məbləğin yarısı başqa hesaba köçürüldü".

Zahid Niftəliyev isə bildirib ki, kreditin götürülməsindən, yarısının isə başqa hesaba köçürülməsindən xəbəri olmayıb.

Daha sonra şahid qismində ifadə verən Adıgözəl Ağayev bildirib ki, "ATA Bank"ın idarə heyətinin sədr müavini olub.

Şahid bildirib ki, 2015-ci ilin iyul ayında idarə heyəti tərəfindən "Şahin CO" MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib: "Müşahidə şurası tərəfindən banka rəy verildi. Biz də həmin rəyə imza etdik. Kreditin verilməsinə müsbət cavab verildi və daha sonra kreditin ayrılması barədə qərar verildi".

Adıgözəl Ağayev qeyd edib ki, onların vəzifəsi banka böyük məbləğdə kreditin ayrılması üçün müraciətlərin araşdırılması, əvəzində qoyulan girovların yoxlanılması olub. Sorğu-sual zamanı məlum olub ki, "Şahin CO" MMC-yə böyük məbləğdə kredit ayrılsa da, amma heş bir girov qoyulmayıb. Bununla bağlı məsələyə Adıgözəl Ağayev belə cavab verib: "Bununla bağlı xahiş olunmuşdu. Çünki müsbət cavab verilməli idi".

Sualları cavablandıran zaman şahid qeyd edib ki, kreditin ayrılmasına sabiq vergilər naziri, mərhum Fazil Məmmədov göstəriş verib: "Amma sonradan kreditin ödənilməməsi bizə məlum oldu. İlin sonunda faizlərin bağlanması zamanı bunu müəyyən etdik. 2019-cu ildə bununla bağlı İqtisad Məhkəməsinə müraciət etdik".

Növbəti proses martın 12-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Fevral 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri