Smart tipli dayanacaq niyə işləmir?
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Elmlər Akademiyası" stansiyası qarşısında yerləşən monitorlu və kondisionerli smart dayanacaqda texniki nasazlıq yaranıb.
Milli.Az xəbər verir ki, sensor sistemində baş vermiş problem səbəbindən dayanacağın qapısı açılmır.
Xüsusilə isti hava şəraitində bu hal yaşlı insanlar və səhhətində problemlər olan sakinlər üçün əlavə çətinliklər yaradır. Sakinlər mövcud vəziyyətdən narahat olduqlarını bildiriblər:
"Birdən-birə istilər düşüb. Bu vəziyyət əhali üçün çox böyük narahatlıq yaradır. Yorğun halda gəlmişəm, istəyirdim ki, oturub avtobus gələnə qədər dincəlim. Amma qapı açılmadığı üçün içəri daxil ola bilmirəm".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, smart dayanacaqda baş verən texniki nasazlıq barədə məlumatlıdırlar və problemin qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülür.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 31 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















