SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2 fevral 2026-cı il tarixində SOCAR-ın vitse-prezidentləri Anar Məmmədovun və Babək Hüseynovun iştirakı ilə “Yokogawa Europe B.V.” şirkətinin prezidenti, “Yokogawa Electric Corporation”ın vitse-prezidenti və Avropa, Rusiya və MDB üzrə regional baş icraçı direktoru Seita Hagihara ilə görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə ötən ilin sentyabrında Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası çərçivəsində əldə olunan razılaşmaların icrası istiqamətində atılan addımlar məmnunluqla qeyd olunub.
Söhbət zamanı tərəflər SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında enerji sahəsində qarşılıqlı maraq doğuran istiqamətləri nəzərdən keçirib, o cümlədən “downstream” və “upstream” sahələrində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
Görüş çərçivəsində tərəflər arasında potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Fevral 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















