SOCAR ilk dəfə Aralıq dənizində araşdırma aparacaq
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
SOCAR ilk dəfə olaraq Aralıq dənizinin İsrail şelfində qaz kəşfiyyatında iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin iqtisadi nəşri olan "Globes" məlumat yayıb.
Bildirilir ki, Azərbaycan şirkəti bu yaxınlarda İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında 1-ci blokda qazın kəşfiyyatı üçün İsrailin Energetika Nazirliyi ilə müqavilə imzalamağa hazırlaşan beynəlxalq konsorsiuma qoşulub.
2025-ci il fevralın əvvəlində SOCAR İsrailin Tamar qaz yatağının səhmlərinin 10%-ni iş adamı Aaron Frenkeldən alıb. Beləliklə, SOCAR İsrailin New Med və BP şirkətlərinin daxil olduğu konsorsiumun bir hissəsi olub.
Ağarza Elçinoğlu
Baxış sayı:140
Bu xəbər 07 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















