SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə "SOCAR Georgia Petroleum" şirkəti SOCAR Qrupuna daxil olan "Italiana Petroli" şirkətindən bu ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, "EN 228" Avropa standartına uyğun olan yanacağın ilk partiyası SOCAR-a məxsus gəmi ilə Gürcüstana çatdırılıb.
Qeyd olunub ki, bu, "SOCAR Georgia Petroleum" ilə "Italiana Petroli" arasında ilk birbaşa kommersiya əməliyyatıdır. Təchizat SOCAR-ın "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-ni almasını başa çatdırmasından sonra həyata keçirilib.
"SOCAR Georgia Petroleum" şirkətinin direktoru Nodar Kançaveli bildirib ki, "Italiana Petroli"nin neft emalı və keyfiyyətə nəzarət sahəsində təcrübəsinin SOCAR-ın beynəlxalq infrastrukturu ilə birləşdirilməsi Gürcüstan bazarında yanacaq təchizatının şaxələndirilməsinə imkan yaradır.
Onun sözlərinə görə, bu əməkdaşlıq Gürcüstanda Avropa standartlarına cavab verən yanacağın daha etibarlı və fasiləsiz təchizatına xidmət edəcək.
Xatırladaq ki, SOCAR bütün zəruri tənzimləyici təsdiqləri aldıqdan sonra 8 may 2026-cı ildə "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-nin alınmasını başa çatdırıb. Şirkətin alınması SOCAR-ın Avropada neft emalı və yanacaq satışı fəaliyyətinin genişləndirilməsinə imkan yaradıb.
SOCAR-ın Gürcüstandakı fəaliyyəti isə 2006-cı ildən başlayır. "SOCAR Energy Georgia" həmin il şirkətin Azərbaycandan kənarda yaradılmış ilk törəmə müəssisəsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:219
Bu xəbər 04 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















