SOCAR ın YDM lərindən istifadə edirəm ATƏT sədri
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) İsveçrədə populyardır.
Axar.az Report-a istinadla xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, avtomobil idarə edərkən SOCAR YDM-nin xidmətlərindən istifadə edir:
"SOCAR İsveçrədə yaxşı tanınan şirkətdir. Özüm avtomobil idarə edərkən bəzən onun yanacaqdoldurma məntəqələrindən də istifadə edirəm. Bəzi yerlərdə bunlar İsveçrədə ən çox yayılmış məntəqələrdəndir. Bizdə demək olar ki, dünyanın hər yerindən, çox sayda ölkəyə məxsus yanacaqdoldurma məntəqələri var".
Bununla yanaşı, o əlavə edib ki, İsveçrə "qalıq yanacağı olmadan, neftsiz, karbohidrogenlərsiz" gələcəyə keçid etməyə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 04 Avqust 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















