SOCAR insan kapitalının inkişafı sahəsində beynəlxalq uğura imza atıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
SOCAR insan kapitalının inkişafı sahəsində nüfuzlu Brandon Hall Group “Human Capital Management Excellence” mükafatının qalibləri sırasında yer alıb.
XQ xəbər verir ki, 2025-ci ilin əvvəlində SOCAR-ın Baş Ofisinin İnsan Kapitalı və İnklüzivlik (İKİ) seqmenti tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar Brandon Hall Group tərəfindən elan edilmiş müxtəlif kateqoriyalar üzrə dörd müxtəlif kateqoriyada yüksək nəticə göstərib. Belə ki, SOCAR “Enerji Liderləri”, “Performans mədəniyyətinin aşılanması” layihələri və “Gənc İstedadlar” proqramı üzrə qızıl medallar, “HR AI chat-bot” layihəsi üzrə isə gümüş mükafat qazanıb.
Qeyd edək ki, Brandon Hall Group 30 ildən artıqdır ki, biznes, idarəetmə və insan kapitalının inkişafı sahələrində qabaqcıl şirkətlərin uğurlarını dəyərləndirir. Bu mükafatlar tətbiq edilən proqramların əməkdaşlara və şirkətlərə ölçülə bilən dəyər qazandırmaq bacarığına görə təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















