Icma.az
close
up
RU
Menu

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

Namiq Qaraçuxurludan səmimi status FOTO

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

Villasını bu qiymətə satır Foto

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

Makron “dron divarı”na qarşı çıxdı

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

Mavi İşığ ın 600 min vergi borcu var

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb

“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Kadr Ehtiyatı Bankının formalaşdırılması üçün yaradılmış innovativ layihə olan “Yüksəliş” müsabiqəsi 2025-ci il "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı elan olunaraq beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Müsabiqənin təşkilat komitəsindən 525.az-a bildirilib ki, “Beynəlxalq e-Assessment Mükafatları” (International e-Assessment Awards) 2008-ci ildən etibarən hər il keçirilir. Bu mükafatlar “e-Assessment Association” (eAA) tərəfindən təşkil edilir və təhsil, peşəkar sertifikatlaşdırma və iş yerində təlim sahələrində texnologiyanın qiymətləndirmə proseslərinə gətirdiyi yenilikləri və ən yaxşı təcrübələri tanıyır. Nüfuzlu "e-Assessment Association" tərəfindən təşkil olunan bu müsabiqə qiymətləndirmə sahəsində innovasiya, şəffaflıq və effektivliyi təşviq edən qabaqcıl təşəbbüsləri tanımaq məqsədi daşıyır. “Yüksəliş” müsabiqəsinin bu siyahıda yer alması tətbiq olunan qiymətləndirmə modelinin və idarəolunma mexanizmlərinin beynəlxalq standartlara cavab verdiyini bir daha nümayiş etdirir.

"e-Assessment Awards" müsabiqəsinin əsas məqsədi şəffaf və obyektiv seçim mexanizmi vasitəsilə istedadlı şəxsləri aşkar etmək, onların liderlik potensialını üzə çıxarmaq və inkişaf yolunda dəstək göstərməkdir. Nəzərinizə çatdıraq ki, “e-Assessment Awards” yarışında fərqli illərdə “Kaplan International”, “British Council”, “Duolingo”, “Pearson”, “Excelsoft Technologies” və qiymətləndirmə sahəsində fəaliyyət göstərən digər böyük şirkətlər finalçı və qalib adını qazanıblar. Bu əhəmiyyətli müsabiqədə finalçı statusu Azərbaycanın, ilk növbədə, kadr potensialının inkişafına, innovativ layihələrə verdiyi dəyərin və ölkədə tətbiq olunan yeni nəsil yanaşmaların dünya miqyasında tanındığını göstərir. Müsabiqənin beynəlxalq platformalarda bu cür uğur qazanması isə gələcək inkişaf istiqamətləri üçün yeni imkanların qapısını açır. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib: “Bu uğur Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Ehtiyat Bankına daha peşəkar mütəxəssislərin cəlb edilməsi yolunda atılan əhəmiyyətli addımdır.”

Xatırladaq ki, 2025-ci ildə mükafat 13 kateqoriya üzrə təqdim olunacaq. Növbəti mərhələdə isə artıq hər kateqoriya üzrə qaliblər elan ediləcək.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 23 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see291

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see242

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see212

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see194

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see154

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see152

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see145

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see139

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see134

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see128

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see128

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see127

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see127

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see124

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see123

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see123

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see121

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see120

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see119

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri