Icma.az
close
up
RU
SOCAR “İtalgas”ın texnologiyasından istifadə etməklə 100 milyon kubmetrə yaxın qaz itkisini aradan qaldıracaq

SOCAR “İtalgas”ın texnologiyasından istifadə etməklə 100 milyon kubmetrə yaxın qaz itkisini aradan qaldıracaq

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın “İtalgas” şirkətinin əməkdaşlığı ilə metan sızmalarının aşkar edilməsi və onların aradan qaldırılması üçün qabaqcıl “Picaro” texnologiyasından istifadə etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində təşkil edilmiş “SOCAR-ın dekarbonizasiya sahəsindəki irəliləyişi: problemlər və nailiyyətlər” sessiyasında çıxışı zamanı bildirib.

“Biz artıq Bakıda bu texnologiyadan istifadə edirik. Pilot layihə 4 min kilometr qaz kəmərini əhatə edir və indiyədək onun 850 kilometri yoxlanılıb. “Picaro” sızmaları müəyyən etdikdən sonra xüsusi “Picaro” cihazları olan komandalarımız onları dəqiqləşdirmək və aradan qaldırmaq üçün sızma yerlərinə göndərilir. Bu hələ başlanğıcdır. Biz smart sayğacları, süni intellekt texnologiyalarını tətbiq etməyi planlaşdırırıq və gələn il keçiriləcək COP30-da əldə edilən irəliləyişləri bölüşməyə hazırıq”, - Ə.İsayev deyib.

Onun sözlərinə görə, SOCAR monitorinq, hesabat və yoxlama (monitoring, reporting and verification, MRV) sisteminin təkmilləşdirilməsinə də diqqət yetirir. “Keçən ilin sonunda mövcud sistemimizi yenidən təhlil etdikdən sonra onun kifayət qədər səmərəli və analitik olmadığı qənaətinə gəldik. Bu yaxınlarda yeni MRV sistemi seçdik, müqavilə bağladıq və onu tətbiq etməyə başladıq. Qərarların qəbulu üçün vaxtında və dəqiq məlumat vermək üçün o sistem metan süni intellekt sistemimizlə inteqrasiya olunacaq”, - Ə.İsayev qeyd edib.

O vurğulayıb ki, peyklərin, dronların və yerüstü cihazların (məsələn, OGI kameraların) istifadəsini əhatə edən kompleks yanaşma çərçivəsində SOCAR artıq 1 100-ə yaxın sızma aşkar edib və bu, təxminən 100 milyon kubmetr qaz itkisinə uyğundur. “Bu günə kimi 350 sızma aradan qaldırılıb və şirkət yaxın aylarda bu rəqəmi 400-ə çatdırmağı, gələn ilin sonuna qədər isə problemi tamamilə aradan qaldırmağı planlaşdırır”, - SOCAR-ın vitse-prezidenti söyləyib.

Ə.İsayev həmçinin qeyd edib ki, SOCAR aşağı karbonlu biznesin inkişafı imkanlarını fəal şəkildə araşdırır: “Biz iki yanaşmanı nəzərdən keçiririk – texnologiyalar və bacarıqları müstəqil şəkildə inkişaf etdirmək və ya tərəfdaşlarla əməkdaşlıq etmək. Seçimimiz dekarbonizasiya həllərinin həyata keçirilməsini sürətləndirməyə yönəldiləcək”.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri