Icma.az
close
up
RU
SOCAR İtalgasın texnologiyasından istifadə etməklə 100 milyon kubmetrə yaxın qaz itkisini aradan qaldıracaq Xəbər saytı Son xəbərlər və Hadisələr

SOCAR İtalgasın texnologiyasından istifadə etməklə 100 milyon kubmetrə yaxın qaz itkisini aradan qaldıracaq Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın "İtalgas" şirkətinin əməkdaşlığı ilə metan sızmalarının aşkar edilməsi və onların aradan qaldırılması üçün qabaqcıl "Picaro" texnologiyasından istifadə etməyə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində təşkil edilmiş "SOCAR-ın dekarbonizasiya sahəsindəki irəliləyişi: problemlər və nailiyyətlər" sessiyasında çıxışı zamanı bildirib.

"Biz artıq Bakıda bu texnologiyadan istifadə edirik. Pilot layihə 4 min kilometr qaz kəmərini əhatə edir və indiyədək onun 850 kilometri yoxlanılıb.

"Picaro" sızmaları müəyyən etdikdən sonra xüsusi "Picaro" cihazları olan komandalarımız onları dəqiqləşdirmək və aradan qaldırmaq üçün sızma yerlərinə göndərilir. Bu hələ başlanğıcdır.

Biz smart sayğacları, süni intellekt texnologiyalarını tətbiq etməyi planlaşdırırıq və gələn il keçiriləcək COP30-da əldə edilən irəliləyişləri bölüşməyə hazırıq", - Ə.İsayev deyib.

Onun sözlərinə görə, SOCAR monitorinq, hesabat və yoxlama (monitoring, reporting and verification, MRV) sisteminin təkmilləşdirilməsinə də diqqət yetirir.

"Keçən ilin sonunda mövcud sistemimizi yenidən təhlil etdikdən sonra onun kifayət qədər səmərəli və analitik olmadığı qənaətinə gəldik.

Bu yaxınlarda yeni MRV sistemi seçdik, müqavilə bağladıq və onu tətbiq etməyə başladıq. Qərarların qəbulu üçün vaxtında və dəqiq məlumat vermək üçün o sistem metan süni intellekt sistemimizlə inteqrasiya olunacaq", - Ə.İsayev qeyd edib.

O vurğulayıb ki, peyklərin, dronların və yerüstü cihazların (məsələn, OGI kameraların) istifadəsini əhatə edən kompleks yanaşma çərçivəsində SOCAR artıq 1 100-ə yaxın sızma aşkar edib və bu, təxminən 100 milyon kubmetr qaz itkisinə uyğundur.

"Bu günə kimi 350 sızma aradan qaldırılıb və şirkət yaxın aylarda bu rəqəmi 400-ə çatdırmağı, gələn ilin sonuna qədər isə problemi tamamilə aradan qaldırmağı planlaşdırır", - SOCAR-ın vitse-prezidenti söyləyib.

Ə.İsayev həmçinin qeyd edib ki, SOCAR aşağı karbonlu biznesin inkişafı imkanlarını fəal şəkildə araşdırır:

"Biz iki yanaşmanı nəzərdən keçiririk - texnologiyalar və bacarıqları müstəqil şəkildə inkişaf etdirmək və ya tərəfdaşlarla əməkdaşlıq etmək. Seçimimiz dekarbonizasiya həllərinin həyata keçirilməsini sürətləndirməyə yönəldiləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see195

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see123

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see120

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see116

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see116

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see114

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see114

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see113

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see113

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see113

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see113

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see113

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see112

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see112

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see112

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see112

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri