Icma.az
close
up
RU
SOCAR Könüllüləri qrupunun fəaliyyətini tamamlamış üzvlərinin Məzun Günü tədbiri və könüllülərin iştirakı ilə müsabiqə keçirilib

SOCAR Könüllüləri qrupunun fəaliyyətini tamamlamış üzvlərinin Məzun Günü tədbiri və könüllülərin iştirakı ilə müsabiqə keçirilib

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində gənclərin bilik və bacarıqlarının inkişafına töhfə vermək məqsədilə müsabiqə keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Müsabiqədə SOCAR könüllülərindən ibarət "Upstream", "Midstream", "Downstream", "Green" komandaları mübarizə aparıblar. Komandalar təqdimatları ilə həm yaradıcı potensiallarını, həm də sahəvi biliklərini nümayiş etdiriblər.

Müsabiqədə "Upstream" komandası qalib olub.

Həmin gün "SOCAR Könüllüləri" qrupunun fəaliyyətini tamamlamış üzvlərinin Məzun Günü tədbiri təşkil olunub.

Qeyd edək ki, 20 sentyabr 2022-ci il tarixində "SOCAR Media" İctimai Birliyinin nəzdində yaradılan "SOCAR Könüllüləri" qrupunun əsas məqsədi gənclərimizin şəxsi inkişafına dəstək olmaq, onların cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına, ölkəmizdə könüllülər hərəkatının daha da genişlənməsinə töhfə verməkdir.

"Əsrin müqaviləsi"nin imzalanması ilə əlamətdar olan 20 sentyabr tarixində hər il "SOCAR Könüllüləri" qrupuna seçilən yeni üzvləri təqdim olunur. Ötən il ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə rəmzi olaraq qrupa 100 üzv qəbul olunub. Cari ildə də SOCAR könüllüləri sırasına 100 yeni üzv seçilib.

Məzun Günü tədbirində SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın enerji tarixində yeni bir səhifənin açıldığı qeyd olunub. Eyni zamanda, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, onların cəmiyyətin inkişafında fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının gənclərin inkişafındakı mühüm rolu vurğulanıb.

Sonra SOCAR Könüllülərinin illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, həmçinin məzun könüllülərə sertifikatlar və təltiflər təqdim olunub.

Sonda ailə fotosu çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri