“SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen istehsalının həcmi açıqlanıb
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen (YSPE) zavodu bu il fevralın 1-dək istehsal həcmi 337 min ton təşkil edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, qeyd olunan tarixədək zavodun ixrac həcmi 310 min tona çatıb.
"Zavod Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft ixracının artırılmasına, idxaldan asılılığın azaldılmasına və kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına əhəmiyyətli töhfə verir", - məlumatda deyilir.
Xatırladaq ki, “SOCAR Polymer” şirkəti 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilib. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184 min və 120 min ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilib.
Baxış sayı:117
Bu xəbər 18 Fevral 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















