Icma.az
close
up
RU
“SOCAR Trading”in baş icraçı direktoru dəyişdirildi

“SOCAR Trading”in baş icraçı direktoru dəyişdirildi

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“SOCAR Trading”in baş icraçı direktoru vəzifəsinə yeni şəxs təyin edilib.

Bakupost.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Natiq Mustafayev şirkətin baş icraçı direktoru təyin edilib. Natiq Mustafayev 2018-ci ildən bu vəzifədə çalışan Məryəm Almaszadəni əvəzləyib.

Məryəm Almaszade bundan sonra “SOCAR”ın tərkibində baş müşavir vəzifəsində çalışacaq.

“SOCAR”da işləməzdən əvvəl Natiq Mustafayev Londonda “Credit Suisse Securities” şirkətində yüksək vəzifələrdə çalışıb. 2014-cü ildən isə “Barings” şirkətində Londonda və Boston şəhərində inkişaf etməkdə olan bazarların borc portfelləri üzrə İdarəedici Direktor və Portfel Meneceri kimi fəaliyyət göstərib. Onun idarə etdiyi portfellərin aktivləri 15 milyard ABŞ dollarına çatıb.

Şirkətin məlumatına görə, Mustafayev yüksək qiymətləndirilən makroiqtisadçı və uğurlu portfel meneceridir:

“O, investisiya strategiyalarının hazırlanması və yüksək nəticə göstərən komandaların idarə olunması sahəsində dərin təcrübəyə malikdir. O, həmçinin dövlət rəsmiləri, iqtisadi siyasətçilər və korporativ qurumlarla işləyərək uğurlu qərarların qəbuluna və gəlirliliyin təmin olunmasına nail olduğu investisiya strategiyası sahəsində biznes və komandaların qurulması və idarə olunması təcrübəsinə malikdir.

Onun karyerası həm özəl, həm də dövlət sektorunu əhatə edir. O, Azərbaycan Qiymətli Kağızlar Komissiyasında yüksək vəzifələrdə və BP Azərbaycan şirkətində kommersiya analitiki kimi çalışıb.

“Biz “SOCAR Trading”in qlobal miqyasda fəaliyyətini genişləndirməyə və məhsullar ilə coğrafiyalar üzrə portfelimizi şaxələndirməyə sadiqik. Strateji baxışa və nizamlı risk idarəçiliyinə əsaslanaraq, biz analitik imkanlarımızı gücləndirməyə, yeni tərəfdaş əlaqələri qurmağa və “SOCAR” ekosistemi boyunca dəyəri artırmağa çalışacağıq”, – deyə “SOCAR Trading”in yeni təyin olunmuş baş icraçı direktoru Natiq Mustafayev bildirib.

Mustafayev Kolumbiya Universitetindən iqtisadiyyat üzrə magistr (M.Phil.) və magistr (M.A.) dərəcələrinə, Boğaziçi Universitetindən isə iqtisadiyyat və biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə malikdir və universiteti birinciliklə bitirib. O, azərbaycan, ingilis, rus və türk dillərində sərbəst danışır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri