SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Asiya İnkişaf Bankı (ADB) arasında birgə layihələrin icrasına dair məsələlər müzakirə edilib.
"Report" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüş keçirib. Görüşdə tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, o cümlədən enerji sektorunda davamlı inkişafın təmin edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.
Söhbət zamanı SOCAR-ın dekarbonizasiya hədəfləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər bərpa olunan enerji layihələrinin inkişafı, karbon emissiyalarının azaldılması istiqamətlərində əlaqələrin genişləndirilməsi, enerji sektorunda davamlı inkişafı təmin olunması məqsədilə təcrübə mübadilələrinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















