Icma.az
close
up
RU
“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda rəqabət aparacaq.

Sfera.az bildirir ki, müsabiqədə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Bin Butti Group” şirkəti də iştirak edəcək. BƏƏ şirkətinin təklifi maraqla gözlənsə də müsabiqədə onun qalib gəlmək şansının az olacağı güman edilir. Çünki şirkət satış prosesinə yeni qoşulub və bu sahədə geniş təhlillər aparmaq üçün az vaxtı olub.

Mənbələr satışa çıxarılan şirkətin ötən il təxminən 500 milyon avro əsas mənfəəti olduğunu, onun bazar dəyərinin təxminən 3 milyard avro (3,4 milyard dollar) qiymətləndirildiyini bildirir.

“Gunvor” və “Italiana Petroli” mövzu ilə bağlı şərh verməkdən imtina edib. “SOCAR” və “Bin Butti” də hələ ki, açıqlama verməyib.

Qeyd edək ki, İtaliyada ötən il özəl investorların getdikcə qeyri-sabit olan biznes sahəsindən geri çəkilmək istəyi müşahidə edilib. Bu baxımdan, “Italiana Petroli”nin satışı xüsusi əhəmiyyətə malikdir.

Onu da qeyd edək ki, “UniCredit” tərəfindən tövsiyə edilən “Italiana Petroli”, gündə təxminən 200.000 barel ümumi emal gücünə, həmçinin 4600 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.

Qrup 2023-cü ilin sonlarında “Exxon Mobil”in (XOM.N) alınmasını yekunlaşdırdıqdan sonra emalı və yanacaq saxlama qabiliyyətini artırıb.

“Italiana Petroli” hazırda İtaliyanın şərqindəki Ankonada neft emalı zavodunun sahibidir. Şimalda “Trecate SARPOM” neft emalı zavodu və şimal-şərqdə, Ravennadakı Alma neft emalı zavodu üçün tollinq müqaviləsi var.

“Trecate” müxtəlif növ yanacaqların, o cümlədən aviasiya yanacaqlarının istehsalı ilə məşğul olur, digər iki zavod isə bitum istehsal edir.

Mənbələr bildiriblər ki, həm “SOCAR”, həm də “Gunvor” şirkətlə bağlı dərin təhlillər aparıb və son təkliflərini hazırlamaq üçün “Italiana Petroli”nin sənaye sahələrinə baş çəkib.

“SOCAR” ın məsləhətçisi İtaliyanın “Intesa Sanpaolo IMI CI” şirkətidir.

Ayxan

Sfera.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 May 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri