SOCAR və “MVM Group” nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 dekabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoly Matrai ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR ilə “MVM Group” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
“MVM Group”un cari ilin üçüncü rübündə dünyanın ən iri təbii qaz-kondensat yataqlarından olan “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması, bununla da Azərbaycanın neft-qaz bazarına yeni enerji iştirakçısı kimi daxil olması xüsusi vurğulanıb. Tərəflər əməkdaşlıq imkanlarına, bərpaolunan enerji ilə bağlı mövzulara, perspektivdə nəzərdə tutulan layihələrə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 19 Dekabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















