SOCAR zavodu ildə yüz minlərlə ton neft kimya məhsulu istehsal edir
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
SOCAR-ın Etilen-Polietilen zavodunda il ərzində yüz minlərlə ton neft-kimya məhsulunun istehsalı həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə müəssisədə təşkil olunan mediatur zamanı bildirilib.
Qeyd olunub ki, zavodun illik istehsal göstəriciləri propilen üzrə 187 min ton, etilen üzrə 190 min ton, polietilen üzrə isə 120 min ton təşkil edir.
Müəssisədə yüksək təzyiqli polietilen istehsalı üçün fəaliyyət göstərən Polimir-120 qurğusunun illik istehsal gücü 120 min tondur. Qurğuda aşağı sıxlıqlı polietilen (LDPE) istehsal edilir.
Zavodun enerji təsərrüfatında da buxar və elektrik enerjisi istehsal olunur. Burada saatda 480 ton buxar, eyni zamanda 68 meqavat elektrik enerjisi istehsal etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 16 Sentyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















