Soçidə Xerota çayı məcrasından çıxdı: Əhaliyə xəbərdarlıq edildi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Soçi şəhərinin Adler rayonunda Xerota çayı daşaraq məcrasından çıxıb və ətraf əraziləri basıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Xerota çayı təhlükəli hadisə göstəricisi səviyyəsinə qalxıb", - deyə məlumatda bildirilir.
Mülki müdafiə və əhalinin mühafizəsi idarəsinin rəisinin əmri ilə Mars-Arsenal sistemi vasitəsilə xəbərdarlıq edilib.
"Xerota çayında suyun səviyyəsi yüksək olaraq qalır, çay öz sahillərini aşıb və yaxınlıqdakı alçaq əraziləri, bəzi ünvanlarda evlərə bitişik əraziləri su basıb. Evlərə su daxil olmayıb", - deyə məlumatda qeyd edilib.

Soçidə Xerota çayı maşınları və ağacları yuyub apardı Xəbər saytı Son xəbərlər və Hadisələr
18 Dekabr 2024 14:30
Soçidə zəlzələ oldu
13 Fevral 2025 19:10
Soçidə güclü partlayış olub
30 Noyabr 2024 09:40
Naxçıvanda əhaliyə xəbərdarlıq edildi
10 Dekabr 2024 14:52
Rusiyada əhaliyə xəbərdarlıq edildi
16 Dekabr 2024 15:00

