Sofiyada etiraz aksiyası keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiya şəhərində vətəndaşlar etiraz aksiyası keçiriblər.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, etirazçılar Ədliyyə Sarayının qarşısına toplaşaraq baş prokuror vəzifəsini icra edən Borislav Sərəfovun istefasını tələb ediblər.
Məlumatda aksiyaya “Gənc Həkimlər” Assosiasiyasının üzvlərinin də qoşulduğu qeyd olunub.
Sarayın ətrafında avtomobillərin hərəkəti dayandırılıb, aksiya polis qrupları tərəfindən nəzarətə götürülüb.
Xatırladaq ki, Sərəfovun istefasını tələb edən analoji etiraz aksiyası ötən çərşənbə də keçirilmişdi.
Bu mövzuda digər xəbərlər:Sofiyada vətəndaşlar etiraz aksiyası keçiriblər
12 Mart 2025 15:29
Taekvondoçularımız Sofiyada Prezident Kubokunda
14 May 2025 13:30
İdmançımız Sofiyada qələbə qazanıb
10 İyul 2025 21:57
Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
08 İyul 2025 22:57
Dərviş” şüşə xalçası Sofiyada təqdim olundu
19 Sentyabr 2025 14:41
Baxış sayı:106
Bu xəbər 13 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















