Icma.az
close
up
RU
Soğanlı badımcan salatı resepti

Soğanlı badımcan salatı resepti

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Közlənmiş badımcanın tüstülü ətri, qırmızı bibərin yüngül şirinliyi və təzə soğanın özünəməxsus toxumasını birləşdirən bu salat süfrələr üçün həm təravətli, həm də iştahaaçan bir məzə alternatividir. Zeytun yağı, limon suyu və təzə göyərtilərlə zənginləşən bu salat dincəldikcə ləzzəti daha da artır.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

5 ədəd orta boy badımcan

4 ədəd qırmızı kapya bibəri

1 ədəd orta boy quru soğan

3 diş sarımsaq

3 xörək qaşığı zeytun yağı

Yarım limonun suyu

2 xörək qaşığı nar turşusu (narşərab - zövqə görə)

Yarım dəstə incə doğranmış cəfəri

1 çay qaşığı duz, yarım çay qaşığı qara istiot

Hazırlanması:
Badımcanları və kapya bibərlərini soba, manqal və ya ocaq üzərində tam yumşalana qədər közləyin.

Közlənmiş tərəvəzləri bir qaba qoyub üzərini örtərək bir neçə dəqiqə gözləyin (bu, qabıqlarının daha rahat soyulmasını təmin edir). Daha sonra qabıqlarını soyun.

Badımcan və bibərləri bıçaqla çox da kiçik olmayacaq şəkildə doğrayıb geniş bir qaba alın.

Quru soğanı aypara şəklində doğrayın (soğanın acılığını azaltmaq üçün doğradıqdan sonra bir neçə dəqiqə soyuq suda saxlayıb süzə bilərsiniz). Əzilmiş sarımsaq, xırda doğranmış cəfəri, zeytun yağı, limon suyu, nar turşusu, duz və istiotu əlavə edin.

Bütün ərzaqları tərəvəzləri əzmədən nazikcə qarışdırın.

Salatı bir qaba alıb üzərini örtün və soyuducuda təxminən 30-45 dəqiqə dincəldin.

Servis etməzdən əvvəl yüngülcə qarışdırın, üzərinə bir az zeytun yağı gəzdirib cəfəri ilə bəzəyərək süfrəyə verin.

Tərəvəzləri yüksək odda yaxşıca közləmək salata o xarakterik tüstülü dadı verən əsas məqamdır.

Badımcanları doğradıqdan sonra artıq suyunu süzmək salatın daha qatı və ləzzətli olmasına kömək edir.

Salatı servis etməzdən əvvəl mütləq soyuducuda dincəldin, bu zaman bütün ətirlər bir-birinə qarışacaq.

Zeytun yağı və limon suyunu servis etməyə çox az qalmış əlavə etsəniz, salatınız daha parlaq və təzə görünəcək.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 İyun 2026 06:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri