Icma.az
close
up
RU
Qədim diyarın sənətkarlıq şöhrəti

Qədim diyarın sənətkarlıq şöhrəti

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qədim Naxçıvan mədəni irs zənginliyi ilə tariximizdə önəmli yer tutur. Bu torpaq sənətkarlığın inkişafı, yaradılmış nadir və nəfis nümunələrlə yaxın-uzaqlarda şöhrət qazanmışdır.

Əlverişli iqlim, münbit torpaqlar, su mənbələri burada əkinçiliklə yanaşı, heyvandarlığın, o cümlədən xalçaçılıq, ipəkçilik, çəkməçilik, boyaqçılıq, papaqçılıq və adlarını sadalamadığımız onlarla digər sənət sahələrinin yayılmasına və inkişafına imkan verib. Böyük İpək Yolu üzərində yerləşən qədim Nuh diyarında mühüm inkişaf yolu keçmiş sənət sahələrindən biri də bölgədə gön-dəri məmulatı istehsalı olub.

Tarixə nəzər salsaq görərik ki, tədqiqatçılar bu sənətin yaranma tarixinin ibtidai icma quruluşu dövründən başlandığını bildirirlər. Çünki arxeoloji tədqiqatlar da göstərir ki, qədim insanlar hələ Paleolit dövrünün müxtəlif mərhələlərində ovladıqları vəhşi heyvanların dərilərini daş və sümükdən hazırlanmış kəsici, qaşıyıcı, deşici, hamarlayıcı əmək alətlərinin köməyi ilə emal edərək onlardan sadə geyim və yataq ləvazimatları hazırlayıblar.

Gön-dəri məmulatlarının qədim insanların məişətində xüsusi yer tutması Tunc dövründən başlayaraq bu məşğuliyyətin müstəqil sənət sahəsinə çevrilməsinə, daha doğrusu, dabbağlıq sənətinin meydana gəlməsinə gətirib çıxarıb. Naxçıvanın da qədim zamanlardan insanların yaşayış məskəni kimi cəlbediciliyi tarixən burada müxtəlif sənət sahələrinin, o cümlədən dabbaqlığın inkişafına böyük təsir göstərib. İndiyədək bölgədə aparılan arxeoloji qazıntılar da bu faktın mövcudluğunu ortaya çıxar

Lakin qədim sənətkarlıq sahələrindən hesab olunan dabbağlığın əsl inkişaf dövrü XVII əsrdən sonrakı dövrə – XVIII-XX-əsrin əvvəllərinə təsadüf edir. Tarixi mənbələrə görə, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da dabbağlar xammal kimi iri və xırdabuynuzlu mal-qaranın gön və dərilərindən istifadə edirdilər. Birinci Dünya müharibəsi ərəfəsində Naxçıvanda saxlanılan iribuynuzlu heyvanların sayı 48-49 min, xırdabuynuzlu heyvanların sayı isə 172-173 min başa çatırdı.

Qeyd edək ki, dabbağxanalar digər sənət sahələrindən fərqli olaraq, adətən, şəhər kənarında salınmış su hövzələrinə yaxın küçələrdə yerləşirdi. Bu da həmin emalatxanalarda suya tələbatın böyük olması və emal prosesində pis qoxuların yaranması ilə bağlı idi. Tədqiqatçı E.Qarayevə görə, Ordubad şəhəri bu sahədə istisnalıq təşkil edirdi. Belə ki, burada hələ xanlıqlar dövründən fəaliyyət göstərən 12 dabbağ emalatxanası şəhərin mərkəzi küçələrindən birində yerləşirdi. XIX əsrin 30-cu illərində tərtib edilmiş arxiv sənədlərindən birində göstərilir ki, “hökumətin bağışlanmaz səhvi ucbatından zavodlar (dabbağxanalar) şəhərin ortasında, düz çayın kənarında tikilmiş ki, bunun da nəticəsində bağlara axan su pis keyfiyyətli olub sağlamlıq üçün zərərlidir”.

Aparılmış tədqiqatlara görə, dabbağlığın bölgədə ən mühüm mərkəzləri Naxçıvan və Ordubad şəhərləri idi. XIX əsrin əvvəllərində Naxçıvan şəhərində 22 dabbağ fəaliyyət göstərirdi. Artıq 1865-ci ildə burada çalışan dabbağların sayı 33 nəfərə çatmışdı. Naxçıvan şəhərində bu sənətin geniş yayılması “Naxçıvan əyalətinin statistik təsviri”ndə də öz əksini tapıb. Buradakı məlumatlarda göstərilir ki, xanlıqlar dövründə dabbağlıq sənəti ilə məşğul olanlardan toplanan vergilər xəzinənin əsas gəlir mənbələrindən birini təşkil edirdi. Belə ki, həmin dövrdə həm gön-dəri istehsalına, həm də satışına görə xüsusi vergilər müəyyənləşdirilmiş və onların toplanmasını ayrı-ayrı şəxslərə iltizama verilmişdir.

1823-cü ildə şahzadə Abbas Mirzənin əmri ilə hazırlanmış iltizam maddələri haqqında qaydalara görə, dabbağ istehsal edib satışa çıxardığı bir ədəd camış dərisinə görə gümüş pulla 70, öküz dərisinə görə 35, qoyun dərisinə görə isə 10 qəpik həcmində vergi ödəməli idi. Oxşar vəziyyət Ordubad dairəsində də müşahidə edilirdi. Burada iltizamçı hər camış dərisinə görə gümüş pulla 60, hər öküz dərisinə görə isə 30 qəpik həcmində vergi toplayırdı.

Təsadüfi deyil ki, Naxçıvan və Ordubad şəhərləri başmaq və çəkmə istehsalı üzrə də mühüm mərkəzlərdən sayılırdı. Xanlıqlar dövrünün sonlarına doğru arxiv sənədlərinə görə, XIX əsrin 20-30-cu illərində Naxçıvan dairəsində 46, Ordubad dairəsində isə 44 nəfər başmaqçı və çəkməçi fəaliyyət göstərirdi. 1865-ci ildə Naxçıvan bazarında çalışan başmaqçıların sayı isə 98 nəfərə çatmışdı.

Maraqlı məlumatlardan biri də odur ki, XIX əsrdə Cənubi Qafqazda sənətkarlıq təşkilatlarının tarixini tədqiq etmiş S.A.Yegizarovun yazdığına görə, dərzi, toxucu və çəkməçi kimi sənətlərə şagird qəbulu 9 yaşından başlanır və şagirdin valideyni ilə usta arasında müqavilə əsasında tənzimlənirdi.

Çəkməçilik sənətini öyrənmək üçün şagirdlik müddəti 3 il müəyyənləşdirilirdi. Bu müddət ərzində heç bir əməkhaqqı almayan şagird ustanın bütün tapşırıqlarını yerinə yetirir və onun nəzarəti altında sənətin sirlərinə yiyələnirdi. Bu mərhələni başa çatdıran şagird usta köməkçisi – kargər adı qazanır və gördüyü işin müqabilində müəyyən əməkhaqqı alırdı.

Kargər statusu ilə fəaliyyətə başlayan şəxs gördüyü işə görə ustadan “hər il iki cüt ayaqqabı, bir cüt corab, bir papaq, iki dəst dəyişək və 60 manat pul” alırdı. Bu vəziyyət Azərbaycanın digər şəhərləri kimi, Naxçıvan və Ordubad üçün də xarakterik idi.

XVII əsrdə Naxçıvana səyahət etmiş türk səyyahı Övliya Çələbi yazırdı ki, Naxçıvan sakinləri daha çox əlvan rəngli ayaqqabılar, yaşıl, sarı, narıncı rənglərə boyanmış, tumacdan tikilən “papuşlar” geyirlər. Onun sözlərinə görə, qadınlar da elə bu materialdan hazırlanmış rəngli çəkmələrə üstünlük verirlər.

Dabbağlığın inkişafı Naxçıvanda və Ordubadda papaqçılığın da inkişafına şərait yaradırdı. Hər iki şəhərin bazarlarında xeyli papaqçı dükanları vardı. Papaq onu gəzdirəcək kişilərin yaşı ilə yanaşı, cəmiyyətdəki mövqeyi də nəzərə alınmaqla 3 formada – “şiş papaq”, “şələ papaq” və “çalma papaq” formasında tikilirdi. Yaşlı insanlar “züllə papaq”, uşaqlar “yapağı papaq”, cavan oğlanlar isə “şikarı papaq” qoyardılar.

Bundan əlavə, gön-dəri istehsalının genişlənməsi Naxçıvanda yəhərqayırma – sərraclıq sahəsinin də inkişafına səbəb olmuşdu. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da əsrlər boyu “müsəlman yəhəri” adlanan ağır qaltaqlı yəhərlərdən istifadə olunmuşdu. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra isə əvvəlcə “kazak yəhəri”, XX əsrin əvvəllərindən isə “ingilis yəhəri” geniş yayılmışdı. Ancaq bu sənət sahəsi ilə məşğul olanlar digərlərinə nisbətən az idi. Bu da, əsasən, atçılığın digər bölgələrlə müqayisədə az yayılması ilə bağlı idi.

Ümumilikdə, gön-dəri istehsalının Naxçıvan diyarında geniş şəkildə inkişaf etməsi bir çox mənbələrdə öz əksini tapıb. K.Xatisov bu sənət sahəsini “Cənubi Qafqazın ən qədim sənət sahələrindən biri” adlandırırdı. Təkcə o faktı göstərmək kifayətdir ki, XIX əsrin 30-cu illərində Azərbaycanın 5 şəhərində – Şamaxı, Ordubad, Naxçıvan, Nuxa və Şəki şəhərlərində fəaliyyət göstərən 136 dabbağın 50-si, başqa sözlə desək, üçdə bir hissəsindən çoxu Naxçıvan və Ordubad şəhərlərinin payına düşürdü.

Bütün bunlar Naxçıvanın, həqiqətən, regionda mühüm ticarət və sənətkarlıq mərkəzi kimi özünü təsdiq etməsinin göstəricisidir.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri