Icma.az
close
up
RU
ŞOK: 360 yaşlı şəxs hələ də pensiya ”alır” Azərbaycanda müzakirə yaratdı

ŞOK: 360 yaşlı şəxs hələ də pensiya ”alır” Azərbaycanda müzakirə yaratdı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ötən günlərdə ABŞ-da sosial ödənişlərlə bağlı ortaya çıxan məlumatlar maraq doğurub. Belə ki, ABŞ-ın Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin direktoru (DOGE) İlon Maskın rəhbərliyi ilə aparılan yoxlamalar nəticəsində məlum olub ki, ölkədə 360 yaşdan yuxarı 1 nəfər, 200 yaşdan yuxarı 2785 nəfər, 100 yaşdan yuxarı isə 21 mln nəfər dövlət büdcəsindən hər ay ödəniş alır. “Ölü canlara” sosial müavinət ödəmək isə ABŞ-a 100 milyardlarla dollara başa gəlib. Bu fakt bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda müzakirələrə yol açıb.

Ölkəmizdə belə halların olma ehtimalı varmı?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, ən mükəmməl pensiya və sosial-sığorta ödəniş mexanizminə malik olan ölkələrdən birində, yəni ABŞ-da bu cür faktların aşkarlanması təəccüblüdür:

“Dünyanın bir nömrəli inkişaf etmiş ölkəsində belə çatışmayan cəhətlər mövcuddur. Azərbaycanda isə 2018-ci ildə Prezident İlham Əliyev sosial istiqamətdə böyük islahatlara başlanılacağını anons etdi. Ardınca əmək və əhalinin sosial müdafiəsi naziri postuna Sahil Babayev gətirildi. Hər şey deyildiyi kimi oldu. 2019-cu ilin əvvəlindən ölkədə islahatlara start verildi. Saxta yollarla müxtəlif növ sosial müavinət, əmək pensiyası və digər ödənişlər alan minlərlə vətəndaş bu “hüquqları”ndan məhrum olundular. Onların mənimsədiyi vəsaitlər dövlətə qaytarıldı. Bu sahədə dəqiq, qərəzsiz imtiyazların əldə olunması üçün mexanizmlər dəyişdirildi, şəffaflaşdırıldı. Düzdür, bütün bunlar bəzi qisimdə narazılıqlar yaratdı. Lakin bunların heç bir əsası yox idi”.

Pərviz Heydərov

İqtisadçı bildirib ki, qeyd edilən ildən bəri beş sosial paket həyata keçirilib:

“Minimum pensiyada 3 dəfəyədək, müavinət və təqaüd ödənişlərində isə keçən ilədək 5 dəfə artım baş verdi. Dövlət büdcəsində sosialyönümlü xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə yüksələrək 16,9 milyarda çatdı və sair. Ölkəmizdə sözügedən sahədə islahatlar davam edir. Pensiya hüququ, bu və ya digər sosial müavinət və təqaüd əldə etmək tamamilə elektron əsasda təkmilləşdirilib. Əlbəttə, görüləsi işlər hələ çoxdur və bəzi çatışmayan cəhətlər hələ də mövcuddur. Ancaq bunlar da aradan qaldırılır”.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri