Icma.az
close
up
RU
ŞOK: Rusiya müharibəni uduzacaq, KONKRET

ŞOK: Rusiya müharibəni uduzacaq, KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya iqtisadiyyatında müharibənin yaratdığı təzyiqlər, artan inflyasiya, yüksək faiz dərəcələri və texnoloji geriləmə ölkənin həm hərbi imkanlarına, həm də uzunmüddətli davamlılığına ciddi təsir göstərməkdədir. Qərb sanksiyaları fonunda Moskvanın Çin, İran, Şimali Koreya və Hindistan kimi ölkələrdən asılılığının artması isə bu təsirləri daha da dərinləşdirir. Mövcud vəziyyət Ukrayna ilə müharibənin gedişatına necə təsir edir və Rusiya bu yükü nə qədər daşıya biləcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ukrayna müharibəsi fonunda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar iqtisadi və enerji sahəsində ciddi mənfi nəticələr doğurur. Onun sözlərinə görə, bu təsirlər artıq özünü açıq şəkildə göstərməkdədir.

“Rusiya prezidenti tərəfindən iş adamları ilə keçirilən görüşdə bəzi iri biznes nümayəndələrindən dövlət büdcəsinə ianə köçürmələrinin istənilməsi ölkədə maliyyə resurslarının daraldığını nümayiş etdirir. Bu, onu göstərir ki, Rusiya tərəfinin büdcə imkanları zəifləyir və əlavə maliyyə mənbələrinə ehtiyac yaranır.
İran ətrafında yaranan gərginlik fonunda ABŞ tərəfindən Rusiya neftinə tətbiq olunan bəzi məhdudiyyətlərin yumşaldılması Moskva üçün müəyyən nəfəs imkanı yaratsa da, bu, uzunmüddətli perspektivdə sektorun tam bərpası anlamına gəlmir. Bu addım o demək deyil ki, Rusiya neft sənayesi əvvəlki səviyyədə inkişaf edəcək və ya ticarət əlaqələri tam bərpa olunacaq”.

Ekspertin fikrincə, sanksiyalar qüvvədə qaldıqca Rusiya iqtisadiyyatı üzərində təzyiq daha da artacaq.

“Xüsusilə, iri beynəlxalq şirkətlərin Rusiya bazarını tərk etməsi iqtisadiyyata ciddi zərbə vurub və texnoloji geriləməni sürətləndirib. Bu proses davam edərsə, Rusiya iqtisadiyyatının 1990-cı illərin böhranlı vəziyyətinə qayıtması ehtimalı istisna edilmirl”.

Ekspert hesab edir ki, iqtisadi zəifləmə Rusiyanın hərbi xərclərini davamlı şəkildə maliyyələşdirmək imkanlarını məhdudlaşdıra, bu isə birbaşa olaraq Ukrayna müharibəsinin gedişatına təsir göstərə bilər. Eyni zamanda, alternativ tərəfdaşlardan asılılığın artması Moskvanın geosiyasi manevr imkanlarını da daraldır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Mart 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri