Icma.az
close
up
RU
ŞOK XƏBƏRDARLIQ! Oğlan uşaqlarının bədəni belə MƏHV OLUR ARAŞDIRMA KONKRET

ŞOK XƏBƏRDARLIQ! Oğlan uşaqlarının bədəni belə MƏHV OLUR ARAŞDIRMA KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Əgər uşağınız həftədə 5 gün internetdə oyun oynayırsa, təhlükə zəngləri çalır deməkdir. Cənubi Koreyalı mütəxəssisin apardığı tədqiqat göstərir ki, bu vərdiş oyun asılılığı riskini 8 dəfə artırır. Üstəlik, asılı olan gənclərdə depressiya, intihar riski və əzələ-skelet sistemi ağrıları daha çox rast gəlinir.

KONKRET.az xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə təşkil etdiyi 6-cı Qlobal Davranış Asılılıqları Konqresində Koreya Katolik Universitetindən olan Prof. Dr. Hae Kook Lee ilə görüş keçirilib.

O, 21 məktəbdə 2 min şagirdi 3 il ərzində oyun asılılığı mövzusunda izlədiklərini və kritik yaş dövründə gənclərin oyun asılılığı inkişaf etdirməsini araşdırdıqlarını bildirib.

Prof. Dr. Lee, oyun asılılığının əsas simptomlarını belə sıralayıb:

Oyun və ya internetlə aşırı məşğuliyyət

Daha uzun müddət oynamaq istəyinin olması

Asılılıqdan çıxmaq cəhdlərinin uğursuzluğu

Sosial, peşə və akademik sahələrdə problemlərə baxmayaraq oyuna davam etmə

O, oğlan uşaqlarının oyun asılılığında daha riskli olduğunu, qız uşaqlarında isə riskin daha aşağı səviyyədə olduğunu vurğulayıb. Ailə bütövlüyü pozulmuş və aşağı sosial-iqtisadi vəziyyətdə olan uşaqlarda risk artır. Yaş amilinin riskdə təsiri olmadığı, lakin yüksək dürtülülüyə sahib gənclərin asılılıq riski daha yüksək olduğu qeyd olunub.

Araşdırmaya görə, həftədə 5 gün onlayn oyun oynayan gənclərdə oyun asılılığı riski 8 dəfə artır. Çox oyunçu ilə onlayn oyun oynayanlar, oyun yayımlarını izləyən və e-İdman icmalarına qoşulanlar da yüksək risk qrupundadır. Erkən yaşda oyun oynamağa başlayanlarda asılılıq riski daha çoxdur.

Asılı şəxslərdə göz quruqluğu, diqqətsizlikdən yaranan qəzalar, depressiya və intihar riski daha yüksəkdir. Prof. Lee bildirir ki, asılı olan uşaqların 54%-də əzələ-skelet ağrıları müşahidə olunub – bu, digər uşaqlara nisbətən 8 dəfə çoxdur. Göz quruqluğu 2 dəfə, depressiya riski isə 3 dəfə daha çoxdur.

Asılılığın qarşısını almaq üçün Prof. Lee aşağıdakı qaydaları tövsiyə edir:

Məktəbəqədər yaşda oyun maruziyyətinin qarşısını almaq

Valideyn nəzarəti ilə günlük oyun vaxtını və həftəlik oynama tezliyini məhdudlaşdırmaq

Məktəblərdə ağıllı telefon istifadəsinə nəzarət tətbiq etmək

Gənclərin aqressiv oyun reklamlarından qorunması

Yüksək riskli qrupların psixoloji və sosial xüsusiyyətlərinə uyğun müəyyən olunub dəstəklənməsi

Erkən müdaxilə ilə uzunmüddətli asılılıq nəticələrinin qarşısını almaq

Ailə, məktəb, cəmiyyət, səhiyyə sistemi və rəqəmsal mühitlər arasında koordinasiyalı tədbirlər həyata keçirmək

Prof. Lee valideyn müdaxiləsinin oyun müddətini azaldığını bildirərək 3 ailə modelindən bəhs edib: nəzarətçi, kombinə (tarazlı) və laqeyd ailə. Nəzarətçi ailə çox sərt olduğu üçün uşaqlarda təzyiq yaradır, laqeyd ailə isə uşağı tək qoyur. Kombinə ailə isə nəzarətli, balanslı və anlayışlıdır və belə ailələrin uşaqları adətən oyun asılılığı inkişaf etdirmir.

Oyun asılılığı nə qədər erkən aşkar edilərsə, qarşısı bir o qədər alınır.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 May 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri