Icma.az
close
up
RU
Şokoladlı vafli tortu RESEPT

Şokoladlı vafli tortu RESEPT

Icma.az, Lent az saytına istinadən bildirir.

Vafli korjları, iki növ qatılaşdırılmış süd, şokolad və bir qədər yerfındığı ilə ev şəraitində dadlı desert hazırlamaq mümkündür. Üstəlik, bu şirniyyatın hazırlanması çox vaxt və xüsusi kulinariya bacarığı tələb etmir.

Lent.az bu resepti təqdim edir:
Bəzi desertlər var ki, onların hazırlanması üçün çoxsaylı ərzaqlara, mürəkkəb reseptlərə və soba qarşısında saatlarla vaxt keçirməyə ehtiyac yoxdur. Vafli tortu da məhz belə şirniyyatlardandır.

Uşaqlıqdan çoxlarına tanış olan bu desertin resepti müasir əlavələrlə daha da dadlı hala gətirilib. Şokoladlı örtük və xırdalanmış yerfındığı torta həm fərqli dad, həm də iştahaçan görünüş qazandırır.

Lazım olan ərzaqlar

Vafli korjları - 9 ədəd

Kərə yağı - 150 qram

Adi qatılaşdırılmış süd - 150 qram

Bişirilmiş qatılaşdırılmış süd - 250 qram

Südlü şokolad - 160 qram

Bitki yağı - 20-30 ml

Yerfındığı - 100 qram

Hazırlanma qaydası

İlk növbədə tortun kremini hazırlayın. Bunun üçün yumşaldılmış kərə yağı və hər iki növ qatılaşdırılmış süd otaq temperaturunda olmalıdır. Ərzaqları bir qaba əlavə edib mikserlə hamar və kremşəkilli kütlə alınana qədər çalın. Sonra hər bir vafli korjunun üzərinə hazırladığınız kremdən bol miqdarda çəkin və korjları üst-üstə düzün. Hazır tortu şokoladlı örtük hazırlanana qədər soyuducuya yerləşdirin.

Şokoladı mikrodalğalı sobada qısa fasilələrlə əridin. Bu zaman hər fasilədən sonra qarışdırmaq lazımdır ki, şokolad yanmasın. Əridilmiş şokolada bitki yağı əlavə edin. Bu, şokoladlı qarışığın daha axıcı olmasına və tortun üzərinə rahat çəkilməsinə kömək edəcək. Yerfındığını blenderdə və ya oxlov vasitəsilə xırdalayın. Fındıq parçalarının kiçik olması onların şokoladlı örtükdə bərabər paylanmasını təmin edəcək.
Xırdalanmış yerfındığını əridilmiş şokoladla qarışdırın. Alınan qarışığı tortun üstünə və kənarlarına bərabər şəkildə yayın.

Son olaraq tortu təxminən bir saat soyuducuda saxlayın. Bu müddətdə şokoladlı örtük bərkiyəcək və desert tam soyuyacaq.

Xırtıldayan vafli qatları, qatılaşdırılmış süddən hazırlanan zərif krem, südlü şokolad və yerfındığının birləşməsi nəticəsində olduqca dadlı desert əldə edilir. Bu tort həm gündəlik çay süfrəsi, həm də qonaqlıq üçün ideal seçimdir. Hazırlanması sadə olsa da, dadı və görünüşü ilə hər kəsin xoşuna gələ bilər.

Nuş olsun!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri