Icma.az
close
up
RU
Söküləcək binaların siyahısı KİMDƏDİR?

Söküləcək binaların siyahısı KİMDƏDİR?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara "Xruşovka" tipli binalardan deyil, digər yaşayış sahələrindən mənzil seçməyi tövsiyə edir”.

Bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.

O qeyd edib ki, ipoteka kreditləri 1970-ci ildən sonra tikilmiş binalardakı mənzillərə verilir:

“Kredit verilməzdən əvvəl mənzil qiymətləndirilir. Bu proses "Qiymətləndirmə haqqında" Qanuna uyğun olaraq, Dövlət İmtahan Mərkəzindən qiymətləndiricilərə verilmiş şəhadətnamələr əsasında həyata keçirilir və daşınmaz əmlakın yerləşdiyi binanın sökülmə ərazisi olub-olmaması barədə qeydlər aparılır.

Qiymətləndiricilər bunu mütləq bildirməlidirlər. Yekun olaraq həmin əmlak bankın kredit komitəsində nəzərdən keçirilir, sökülmə ehtimalı nəzərə alınır. Banklar sökülmə ehtimalı olan binalardakı mənzillərdən imtina edirlər.

Çünki bu, 25 illik kreditdir. Sabah onların sökülmə ehtimalı olsa, vətəndaşlara digər yaşayış sahəsinin tapılması tövsiyə edilir".

Qeyd edək ki, vətəndaşların bir qismi yeni binalarda mənzillərin baha qiymətə olduğunu nəzərə alaraq köhnə binalarda ev almağa üstünlük verirlər.

Ancaq vətəndaşların mənzil seçimi üçün müəyyən vaxt tələb olunur və o, mənzillə bağlı qərar verdikdə isə onlara ərazinin uyğun olmadığı, bankın imtina etdiyi deyilir.

Belə olduğu təqdirdə vaxt itkisinə yol verilir. Bütün bunları nəzərə alaraq müvafiq qurumlarda paytaxtın söküləcək ərazilərinin siyahısı varmı, vətəndaşlar sonradan belə problemlə üzləşməsinlər?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, “Bakı şəhərinin Baş planı 2040” sənədinə nəzərən köhnə binaların sökülmə prosesinə start verilib: 

“Həmin sökülən binalarla bağlı vətəndaşlara kompensasiya ödənilir və yaxud həmin ərazidə binalar tikiləcəksə, o zaman onlardan yer ayrılır. Bu binalarla bağlı siyahılar Bakı Şəhər İcra Hakimiyyəti, Arxitektura və Şəhərsalma Komitəsində mövcuddur.

Dövri olaraq hansı küçələrdə söküntü işləri aparılacaqsa, o barədə məlumatı bölüşürlər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə gəldikdə, birbaşa qiymətləndirmə ilə məşğul olmur. 

Ancaq bizim cəmiyyətə üzv olan və ya üzv olmayan qiymətləndirmə şirkətləri var ki, onlar İpoteka və Kredit Zəmanəti Fondunun ayırdığı kredit məbləğini əldə etmək üçün vətəndaşlar müraciət etdiyi təqdirdə onların sifarişi əsasında mənzillərin qiymətləndirilməsini həyata keçirirlər.

O zaman bizim də, o cümlədən İpoteka Kredit Zəmanət Fondunun tövsiyələri mövcuddur ki, burada “Xuruşovka” layihəli binalardan imtina edilməsi göstərilir.

Biz də öz növbəmizdə bildirirk ki, 2-3 mərtəbəli, söküntü ərazisinə düşən binalardan, ümumiyyətlə, “Leninqrad”, “Minsk”, “Kiyev” layihəsi çıxmaq şərtilə digər bu tip layihələrdən imtina etsinlər.

Çünki mərhələli qaydada nəinki qəzalı binaların, bütün köhnə binaların getdikcə yenilənməsi planlaşdırılır. Elə binalar var ki, ya istismar müddətini başa vurublar, ya da istismar müddətinin böyük bir hissəsini arxada qoyublar və orada yaşamaq o qədər də təhlükəsiz deyil. 

Ona görə vətəndaşlara daima tövsiyə edirik ki, yeni binalara müraciət etsinlər. Yeni binaların da sırasında da daha çox cəmiyyətdə populyar olan, müvafiq normativlərə uyğun şəkildə tikilən, inşaat materialları doğurdan da müasir keyfiyyət tələblərinə cavab verən binalarda yeni mənzil axtarışına start versinlər”.

Onun sözlərinə görə, bu fikir də doğrudur ki, hansı küçələrdə söküntü olacaqsa, yaxud hansı küçələrdə yeni binalar tikiləcəksə, yaşıllaşdırma işləri aparılacaqsa, bunu “Bakı şəhərinin Baş planı 2040” sənədinə uyğun olaraq müəyyən etmək mümkün olsa da, hər bir vətəndaş mütəxəssis deyil: 

“Ona görə də onların informasiya ilə təmin olunması üçün müvafiq qurumların hansı küçələrdə söküntü işlərinin planlaşdırılacağı barədə məlumatın ictimaiyyətə çatdırılması məqsədəmüvafiq olar. 

Yeni binaların qiymətinin yüksək olması problemi də mövcuddur. Çox zaman da köhnə binaları seçən vətəndaşlarımız məhz o qiymətə görə bu seçimi edirlər. Mütəxəssis olaraq, maddi əlçatanlığın yaratdığı problemləri anlasaq da ancaq yenə də gələcəkdə qeyd edilən təhlükələrlə üzləşilməsin deyə tövsiyəmiz odur ki, yeni binalarla bağlı müraciət olunsun.

Ola bilsin ki, vətəndaşlar nəzərdə tutduqları ərazilərdə olmasa, yaxın ərazidə müasir standartlara cavab verən və son illərin binalarına üz tutmaqları məqsədəmüvafiqdir.

Çünki köhnə binaların konstruktiv elementlərinin hər birini istimar müddəti var və onlarda uzun müdət yaşamaq mümkün olmayacaq. Ona görə görə də yeni binalar daha məqsədəuyğundur”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Binalar söküntü kredit Vüqar Oruc

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyul 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see330

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see293

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see267

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see260

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see259

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see243

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see243

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see209

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see196

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see178

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see174

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see169

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see167

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see166

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see162

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see161

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see161

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see158

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see151

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri