Sökülmüş binalarla bağlı YENİLİK
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə yeni binada verilən kompensasiya xarakterli sahələrə görə vergi alınmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sökülmüş binanın yerində inşa edilmiş yeni binadan sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə (sahiblərinə) mülkiyyət sənədlərində müəyyən edilən sahənin müqabilində verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinin (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış və qeyri-yaşayış sahəsinın 20 faizi həddində artıq sahənin) vergi tutulan gəlirlərə aid edilməməsi, çəkilmiş məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi, habelə bu yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi ilə bağlı müddəaların Vergi Məcəlləsinə daxil edilməsi təklif olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Noyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















