“Soldati di Sabah yığmamızı niyə dəstəkləmədi? millinin öz azarkeş qrupu var
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Millimizin Haiti və Belarusa qarşı keçirdiyi yoldaşlıq oyunları xoşagəlməz sonluqla nəticələndi. Hər iki rəqib intriqa çarxının kəskinliyini hiss etmədən qələbə qazandı.
Yığmanın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda "Kimyaçılar" və "UltraSumqayıt" fanklubları tərəfindən dəstəkləndiyini bilirsiz. "Sumqayıt"ın azarkeş qrupları oyunun əvvəlindən sona qədər tribunada qalmaqla millimizi tək qoymadı. Belədə çoxu Masazırda - "Bank Respublika Arena"da keçirilən Azərbaycan - Belarus qarşılaşmasında "Soldati di Sabah" fanklubunun stadionda olacağını düşündü. Axı millimiz azarkeş qrupunun sevimli komandalarının evinə təşrif buyuracaqdı. Amma belə olmadı. Daha doğrusu, "Sabah"ın tərəfdarları fanklub şəklində matçda iştirak etmədi.
Bunun səbəbini öyrənmək üçün "Soldati di Sabah"ın rəhbəri Ağaxan Abdullayevə müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:
"Bizim azarkeş qrupunun üzvləri stadionda idi. Lakin millinin öz azarkeş qrupu var. Biz "Sabah" Futbol Klubunun azarkeş qrupuyuq. Hər birimiz millimizi fərdi şəkildə dəstəkləyirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Mart 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















