“Daha yaxşısı ola bilərdimi, bəlkə də ola bilərdi” “Soldati di Sabah”dan Berezutskinin gəlişinə reaksiya
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskidi. Onunla 2,5 illik müqavilə bağlanıb. Maraqlıdı ki, Krunoslav Renduliçin yerinə gətirilən rusiyalı ilk dəfə baş məşqçi kimi özünü sınayacaq.
Düzdü, buna qədər “Vitess”, ÇSKA (2020-21, 2022), “Krasnodar” (2021-22), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Amma baş məşqçi kimi onun seçilməsi birmənalı qarşılanmadı.
Maraqlıdı, “Soldati di Sabah” bu təyinatı necə qarşılayır?
Fanklubun rəhbəri Ağaxan Abdullayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Heç birimiz yeni məşqçini tanımırıq. Bu üzdən nə yaxşı, nə də pis fikir deyə bilərik. Təcrübəsiz olması, təbii ki, heç də sevindirici hal deyil. Daha yaxşısı ola bilərdimi, bəlkə də ola bilərdi. Ancaq biz yenə də məşqçimizin arxasında olacağıq və ona dəstək verəcəyik”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















