“Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 yanvar, AZƏRTAC
“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində Qara Qarayevin ev-muzeyində növbəti konsert keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdə gənc bəstəkar, pianoçu Aydan Əliyeva musiqi nömrələri ilə çıxış edib. O, müəllifi olduğu müxtəlif mahnıları, həmçinin klassik bəstəkarların əsərlərini ifa edib.
Aydan Əliyeva 2024-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnıların müəllifidir.
Layihənin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















