Icma.az
close
up
RU
Soltan Məmmədov: Səhiyyə sisteminin davamlı inkişafı dövlətimizin əsas hədəflərindən biridir AZƏRTAC

Soltan Məmmədov: Səhiyyə sisteminin davamlı inkişafı dövlətimizin əsas hədəflərindən biridir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Bir neçə gün öncə Milli Məclisdə dövlət büdcəsi təsdiq olundu. Bu, Azərbaycan tarixinin ən böyük büdcəsidir. Həmin büdcənin xərclərinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsi və sosial təminat xərcləridir. Bu gün dövlət büdcəsində sosial sahə xərclərinin çəkisinin 43 faiz olması Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin məhz sosialyönümlü olduğunu bir daha sübut edir. Ümumiyyətlə, sosial müdafiə sistemində və onun əsas bir hissəsi olan səhiyyə xidmətinin də illik büdcəsinin artırılması onu göstərir ki, səhiyyə sisteminin davamlı inkişafı bu gün dövlətimizin əsas hədəflərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün açılış mərasimində deyib.

S.Məmmədov bildirib ki, bu il icbari tibbi sığorta çərçivəsində xidmətlərin sayındakı 21 faizlik artım, eyni zamanda, 2021-ci illə müqayisədə 2025-ci ilin səhiyyə büdcəsində 45 faizlik, yəni 621 milyon manatlıq artım bu sahəyə ildən-ilə daha çox önəm verildiyini göstərir. Eyni zamanda, 2024-cü illə müqayisə etsək, 2025-ci ilin də səhiyyə büdcəsi 7 faizdən çox, ümumi rəqəmdə 133 milyon manat artıb. Bütün bunlar onu göstərir ki, dövlətin həyata keçirdiyi sosial siyasət məhz insanların rifahının daha da yaxşılaşdırılması, əhalinin sağlamlığının yaxşılaşdırılması və səhiyyəmizin inkişafına xidmət edir.

Qeyd olunub ki, səhiyyə siyasətinin reallaşmasında qanunvericilik çərçivəsində həyata keçirilən işlər çox önəmlidir. Qanunvericilik orqanı olan Milli Məclisin Səhiyyə komitəsi tərəfindən davamlı olaraq lazımi tədbirlərin həyata keçirildiyini bildirən deputat deyib: “Səhiyyə büdcəsində dövlət proqramlarına ayrılan vəsait də 14 faiz artımla 300 milyon manatdan çox məbləği təşkil edir. Bu, onu göstərir ki, dövlət səhiyyə sahəsindəki prioritet problemlərə xüsusi önəm verir. Çox sevinirik ki, bir sıra dövlət proqramları artıq mütəmadi olaraq xidmətlər zərfinə daxil edilir. Nəticədə önəmli olan bir sıra digər problemlər dövlət proqramı kimi qəbul olunur. Əminəm ki, həmin tendensiya Xidmətlər Zərfinin davamlı inkişafına və dövlət büdcəsinin artımı fonunda səhiyyənin inkişafına gətirib çıxaracaq.

İstər koxlear implantasiya, istərsə də transplantasiya ilə bağlı olan bir sıra əməliyyatlar bu gün Xidmətlər Zərfinə daxil edilərək icbari tibbi sığorta çərçivəsində icra olunur. Bu, səhiyyənin inkişafının davamlılığının göstəricisidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri